Ödənişsiz Diaqnostika

Biz,
Bildiyimiz işi görür, gördüyümüz işi bilirik. Hər hansı bir layihəyə başlamazdan əvvəl həmin işi peşəkarlıqla, rəqəmlərlə ifadə edilə bilən formada təhlil edirik. Məhz bundan sonra hansı işlərin hansı müddətdə və resurslarla icra edilə biləcəyinə sizinlə birlikdə qərar veririk. Düzgün həllərin düzgün diaqnostika ilə olacağına inanırıq.

Bunun üçün tərəfdaşlarımıza ödənişsiz diaqnostika xidmətimizi təklif edirik. Əminik ki, bu eyni zamanda tərəfdaşlarımızın bizim peşəkarlığımızla bağlı rəylərinin formalaşmasına dəstək olacaqdır. Çünkü bu sizin haqqınızdır.

Biz,
Qurduğumuz sistemlərin işləkliyinin və qurum-biznes üçün faydalılığının şahidi olmaq istəyirik. Onun üçün də əməliyyatların səmərəliliyini KPI və metriklər vasitəsilə ölçürük. Bu vərdişləri quruma da aşılayır və təqdim edirik. Düşünürük ki, hər bir qurum, struktur rəhbəri özünün və komandasının səmərəliliyindən sistemli olaraq agah olmalıdır.

Sistemin işləməsinin nəticələri sizə subyektiv məlumatlarla deyil, şəffaf sistemlə dəstəklənən obyektiv məlumatlar əsasında təqdim edilməlidir. Bunün üsulu və yolu isə hesabatlıq mexanizminin olmasıdır. Hansı ki, həmin hesabatlarda 4 struktur element olmalıdır. Rəqəmlər, vizuallıq (qrafiklər), bu məlumatların şərhi, bu şərhdən irəli gələn təkliflər.

Strateji qərarların verilməsi üçün istifadə edilməyən hesabat məlumatları resurs itkisidir.

İnsan resursları idarəçiliyində rasional həllər peşəkar baxış |

Dövlət və özəl sektorda bu istiqamətlər üzrə xidmət göstəririk - Korporativ təlimlər, Açıq qrup təlimləri (online/onsite), Fərdi konsultasiya və təlimlər, Konsultasiya və “outsourcing”, İşə düzəltmə xidmətləri və “outstaffing”, Mövcud vəziyyətin təhlili və auditi

© 2023 “HRENGINEERING” MMC Bütün Hüquqları Qorunur. 

Made by neOtwork