Biz,
Sizin qurumunuzu və ekosisteminizi təhlil etdikdən sonra sizə məxsusi olaraq yanaşma və strategiyanı müəyyən edirik. Bu yanaşma və strategiyaya uyğun olaraq insan resurslarının idarə edilməsi sahəsindəki prosesləri müəyyən edirik. Bu proseslərin əsas səmərəlilik göstəricilərini (KPI) ölçərək HR əməliyyatlarınızın nəbzinə nəzarəti sizə təqdim edirik.
Təşkilatınızdakı insan resursları idarəçiliyi sisteminin dayanıqlığı və səmərəliliyi üçün statik funksiyalardan yəni təşkilati dizayn və təşkilatlanma funksiyasının elementlərindən başlayan bir həll paketimiz mövcuddur. Strukturun formasını və dolayısı ilə ştat cədvəllərinizi elmi əsaslarla hazırlayırıq. Bu zaman sizin fəaliyyətinizin və əməkdaşlarınızın spesifik göstəricilərini, proseslərinizin şaxəliliyini, ərazi və fəaliyyət genişliyinizi, rəhbərliyin idarəetmə vərdişlərini və potensialını nəzərdən keçiririk.
Məhz bundan sonra HR-ın dinamik funksiyalarının tətbiqinə başlayırıq. Hansı ki, siz bu funksiyaların mövcudluğu ilə işə qəbul, adaptasiya, fəaliyyətin qiymətləndirilməsi, karyera idarəçiliyi, əmək haqqının idarə edilməsi, əmək münasibətləri, əməkdaşların motivasiyası və onlarla məqsədyönlü kommunikasiya kanallarının qurulması kimi əməliyyatlarınızı sistemli qaydada idarə edə biləcəksiniz. Çünkü hər bir prosesinizin yazılı, təsdiq edilmiş və işlək təlimatı olacaqdır.
Fərqindəyik ki, görülən işlərin mükəmməlliyi yetərli deyil. Bu işlərin komandaya və ictimaiyyətə, eləcə də tərəfdaşlara düzgün çatdırılması şərtdir. Məhz o baxımdan, sizin bütün tətbiq və adaptasiya periodunuzla yanaşı onun kommunikasiyasını da həyata keçiririk.