Proqram Məqsədi:
Proqramın müddəti 20 saatdır. Həftədə 4 saat olmaqla təlimlər 5 həftə ərzində davam edir. Sonuncu həftədə isə iştirakçılar qiymətləndirilir və sertifikatlar təqdim edilir.
Təlimlər qeyri-iş saatlarında olmaqla, həftə ərzində iştirakçıların qrafikindən asılı olaraq 19:00-21:00 arasında keçirilir.
Sertifikatlarımız Azərbaycan İnsan Resursları Assosiasiyası (AİRA) tərəfindən tanınmaqdadır.
Sertifikatlarımızı əldə edən dinləyicilər eyni zamanda AİRA-nın üzvlüyünə qəbul edilirlər.
Bu üzvlük AİRA və HRENGINEERING-in digər təlim və fərdi konsultasiya xidmətlərindən daha sərfəli şərtlərlə faydalanmaq imkanı verir.