Xidməti fəaliyyətin qiymətləndirilməsi
- Ana Səhifə
- Xidməti fəaliyyətin qiymətləndirilməsi
Performans izlənirsə, inkişaf qaçılmazdır.
Əməkdaşlarınız necə qiymətləndirilir?
Şəffaf və obyektiv qiymətləndirmə sistemi ədalətli qərarların əsasını qoyur. Qiymətləndirmə zamanı peşəkarlıq göstəricilərini ayrı, fərdi keyfiyyət göstəricilərini ayrı qiymətləndirmək daha peşəkar yanaşma olacaqdır.
Qiymətləndirmə nəticələri necə istifadə olunur?
Təklif etdiyimiz modelin nəticələrini adaptasiya, mentor və daxili təlimçi seçimi, maddi və qeyri-maddi motivasiya, təlim tələblərinin müəyyən edilməsi, karyera inkişafı, fərdi inkişaf planlarının hazırlanması, rotasiyaların müəyyən edilməsi kimi alt funksiyalarda istifadə edə biləcəksiniz.
Performans dəyərləndirmə prosesi sənədləşibmi?
Bütün HR əməliyyatlarının, eləcə də fəaliyyətin qiymətləndirilməsi və karyeranın idarə edilməsi funksiyalarının icrasına başlamazdan əvvəl onları tənzimləyən qayda, prosedur, iş diaqramı, forma və anektlər, simulyasiya modelləri, həmçinin prosesin avtomatlaşdırılması üçün texniki tapşırıqlar tərtib edilməlidir.
Əməkdaşların nəticələri şirkət məqsədləri ilə necə əlaqələndirilir?
Effektiv qiymətləndirmə sistemi peşəkarlıq göstəricilərinin qiymətləndirilməsi məqsədilə vəzifə funksiyalarının icra vəziyyətini, layihələrdə iştirakı, hədəf və tapşırıqların (KPI) icrasını özündə ehtiva etməlidir.