
Xəyal Abdullayev
Xəyal Abdullayev təhsil, sığorta, inşaat, istehsalat/FMCG və distribusiya sahələrində zəngin təcrübəyə malikdir. O, bir neçə aparıcı şirkətdə korporativ satış meneceri, satış komandasının təlim və inkişafı üzrə aparıcı mütəxəssis, təlim meneceri və biznes təlimçi vəzifələrində çalışmışdır.
2015-ci ildən etibarən peşəkar təlimçi kimi fəaliyyət göstərir və B2B/B2C satış, öyrənmə və inkişaf (L&D), təlimçilərin təlimi (TOT) sahələrində korporativ təlimlər keçir. 10 illik satış və təlimçilik təcrübəsinə malikdir. 3 beynəlxalq TOT və 1 beynəlxalq L&D sertifikasiyası var.
Hazırda FAB Şirkətlər Qrupu & OMİD Mağazalar Şəbəkəsində Təlim və İnkişaf üzrə aparıcı mütəxəssis və satış təlimçisi kimi işləyir.
Təlim sahələri:
✅ Satış və komanda idarəçiliyi;
✅ B2C & B2B satış;
✅ Satış psixologiyası və EQ;
✅ Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi;
✅ Effektiv satış strategiyaları;
✅ Merçendayzinq texnikaları;
✅ TOT – Daxili təlimçilərin hazırlanması .
Kitab: “Satış təmsilçisi hazırlanması modulu” (2021), Peşə və Ali təhsil müəssisələrində rəsmi dərslik.