Vəzifə Təlimatları

Aydın rollar – düzgün nəticə!

Kim, nə etməlidir?





Aydın vəzifə təlimatları olmadan iş bölgüsü və gözləntilər qeyri-müəyyən qalır. Dəqiq yazılmış təlimatlar xaosu azaldır, məhsuldarlığı artırır.

İşçilərdən nə gözlənildiyi bəllidirmi?

Vəzifə təlimatları olmayan iş mühitində qeyri-müəyyənlik yaranır. Aydın yazılmış öhdəliklər isə həm işçiyə, həm rəhbərə rahatlıq verir.

Adaptasiya və performans necə idarə edilir?

Hazır təlimatlar adaptasiya müddətini azaldır, menecerlərin üzərindəki yükü götürür. Vəzifə öhdəlikləri yazılı şəkildə müəyyən edildikdə, həm ölçmə, həm də qiymətləndirmə daha obyektiv olur.

Sistem necə mərkəziləşdirilir?

Vəzifə təlimatları təsdiq edildikdə işə qəbul zamanı tələblər, adaptasiya zamanı inkişaf istiqamətləri, fəaliyyətin qiymətləndirilməsində meyarlar, təlim tələblərində bilik və bacarıqlar, karyera inkişafında rollar və vərdişlər eyni mənbəyə istinad edilməklə qiymətləndirilir və inkişaf etdirilir.