
Tural S.Məmmədov
Ekonometrika üzrə ekspert
- Tədris etdiyi təlimlər:
- Data analitika
- HR data analitika: Statistika modulu
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Ekonometrika üzrə doktorantura dərəcəsi alan Tural S. Məmmədov, statistik təhlillər və data analitika sahəsində ixtisaslaşmışdır. Azərbaycan Texniki Universiteti – SABAH Qrupları və MBA proqramında təlimçi və müəllimdir. Sahə üzrə 15 ildən artıq iş təcrübəsi var. İqtisadiyyat, sosial layihələr və təhsil sahəsində yerli və beynəlxalq layihələrdə rəhbərlik və konsultasiya təcrübəsinə malikdir. UNICEF və Dünya Bankı layihələri üzrə ekspertdir. İqtisadi inkişaf və sosial layihələr mövzularında təlimçi və layihə məsləhətçisidir. Dövlət Gömrük Komitəsi Akademiyasında təlimçi olmuşdur. Tədqiqat və Statistika üzrə ixtisaslaşmışdır. R, Python, STATA, SPSS kimi proqramlarda geniş təcrübə və data analitika sahəsində dərin biliklərə malikdir. ICMPD və QSS-dən “Tədqiqat Metodları və Biznes Analitikası” üzrə təlimlər keçmişdir.