Təlimçilər üçün təlim
Təlimin məqsədi
Bu proqramın əsas məqsədi peşəkar təlimçilərin hazırlanması və onların effektiv tədris bacarıqlarının inkişaf etdirilməsidir. Təlim iştirakçılara təlimlərin planlaşdırılması, keçirilməsi və qiymətləndirilməsi sahəsində nəzəri və praktiki biliklər qazandıraraq peşəkar təlimçi kimi formalaşmalarını hədəfləyir.
Təlim haqqında ümumi məlumat
-
Təlimin müddəti: 30 saat
-
Təlimin keçirilmə üsulu: Oflyayn
-
Tədris günləri:
Həftədə 2 dəfə – həftəiçi 19:00–21:00
Şənbə və bazar: 11:00–14:00 -
Təlimin dili: Azərbaycan dili
Təlim metodu
Təlim interaktiv yanaşma əsasında təşkil olunur. Nəzəri biliklərlə yanaşı, praktiki tapşırıqlar, qrup müzakirələri, rol oyunları və real situasiyalar üzərində iş aparılır. İştirakçılar öyrəndiklərini dərhal tətbiq etmə imkanı əldə edirlər.
Qiymətləndirmə və sertifikat
Təlimi uğurla bitirən iştirakçılar “HRENGINEERING” MMC tərəfindən rəsmi sertifikatla təltif olunurlar. Sertifikat iştirakçının HR və təlim sahəsində beynəlxalq standartlara uyğun praktiki biliklərə malik olduğunu təsdiq edir.
Təlim mövzuları
I Modul – Təlimçilik işinə giriş və əsaslar
-
Təlim anlayışı və xüsusiyyətləri
-
Təlim, seminar və master-klass fərqləri
-
Effektiv təlimin prinsipləri
-
Təlimçi–iştirakçı münasibətləri
II Modul – Təlim prosesinin mərhələləri və “5P” modeli
-
Planlama
-
Hazırlıq
-
Model / Nümunə
-
Təqdimat
-
Qiymətləndirmə
III Modul – Təlimçi bacarıqları və auditoriya ilə iş
-
Auditoriyaya təsir texnikaları
-
İştirakçı tipləri
-
Çətin suallar və çətin iştirakçılarla iş
IV Modul – İnteraktivlik və qarşılıqlı təsir
-
İlkin təəssüratın yaradılması
-
Təlim zamanı motivasiyanın artırılması
-
Effektiv məlumat ötürmə metodları
V Modul – Keyfiyyət yönümlü təlim strategiyaları
-
Təlim strukturunun hazırlanması
-
Tapşırıqların dizaynı
-
Yetkin və gənclər üçün təlim yanaşmaları
VI Modul – Nitq və ritorika
-
Nitqin qurulması
-
Səs və bədən dilinin idarə olunması
-
Təqdimat bacarıqları
VII Modul – Professional təlimçi
-
Peşəkar təlimçi modeli
-
Təlimçinin dəyərləri, vizyonu və inkişafı