Liderlik və İnkişaf Təlimi
Təlimin məqsədi
Bu təlim peşəkar mühitdə fərdi və komanda effektivliyini artırmaq, ünsiyyət, liderlik, emosional intellekt və əməkdaşlıq kimi əsas davranış bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. İştirakçılar daha məhsuldar, balanslı və davamlı iş münasibətləri qurmaq üçün praktik alətlər əldə edirlər.
Təlim haqqında əsas məlumatlar
-
Təlimin müddəti: 16 saat
-
Keçirilmə üsulu: Hibrid (onlayn və oflayn)
-
Təlim metodu: İnteraktiv, tapşırıq əsaslı, əlavə materiallarla
-
Təlim dili: Azərbaycan dili
Təlimin məzmunu
Effektiv ünsiyyət
-
Ünsiyyətin əsasları və növləri
-
Xarakter tipləri və ünsiyyətə təsiri (Personality Traits)
-
Çətin tərəfdaşlarla effektiv ünsiyyət
-
Razılıq əldə etmə texnikası (Getting to Yes)
-
Geribildirim vermə və qəbul etmə mədəniyyəti
-
Liderin ünsiyyət bacarıqları
-
Kütlə qarşısında çıxış və auditoriya ilə əlaqə
Komanda işi
-
Komanda anlayışı və effektiv komanda strukturu
-
Komanda daxilində ünsiyyət və qarşılıqlı anlaşma
-
Koordinasiya və əməkdaşlıq mexanizmləri
-
Komandadaxili münaqişələrin idarə olunması
-
Komanda motivasiyasının və ruh yüksəkliyinin artırılması
Zamanın idarə edilməsi
-
Prioritetləşdirmə və effektiv qərarvermə
-
Tapşırıqların planlaşdırılması və izlənməsi
-
Stressin idarə olunması və “vaxt oğruları”
-
Məhsuldarlıq və iş–yaşam balansı
-
Şəxsi zaman idarəetmə alətləri və metodları
Emosional intellekt (EQ)
-
Özünü tanıma və özünüdərk
-
Emosional tənzimləmə və davranış nəzarəti
-
Empatiya və insanları anlama bacarıqları
-
Sosial bacarıqlar və sağlam münasibətlərin qurulması
-
EQ-nun qərarvermə və liderlikdə rolu
İştirakçı profili
-
Komanda ilə işləyən mütəxəssislər və menecerlər
-
Liderlik və ünsiyyət bacarıqlarını inkişaf etdirmək istəyənlər
-
HR mütəxəssisləri və rəhbərlər
-
Şəxsi inkişaf və məhsuldarlıq axtaran peşəkarlar
-
Yeni və orta səviyyəli menecerlər
Qiymətləndirmə və sertifikat
-
Təlimi uğurla bitirən iştirakçılara HRENGINEERING MMC tərəfindən rəsmi sertifikat təqdim olunur
-
Sertifikat iştirakçının HR və soft skills sahəsində beynəlxalq standartlara uyğun praktik biliklərə sahib olduğunu təsdiqləyir