Payroll Təlimi
Təlimin məqsədi
Əməkhaqqının hesablanması təliminin əsas məqsədi müəssisələrdə əməkhaqqının Əmək Məcəlləsi, Vergi Məcəlləsi, Sosial Sığorta Haqqı, İcbari Tibbi Sığorta haqqında qanunvericilik və digər normativ-hüquqi aktlara uyğun, dəqiq, şəffaf və düzgün şəkildə hesablanmasını təmin etməkdir.
Təlim nəticəsində iştirakçılar:
-
Əməkhaqqının hesablanması üzrə qanunvericiliyin bütün tələblərini mənimsəyəcək
-
Vergi və DSMF yoxlamaları zamanı yarana biləcək riskləri minimuma endirmə bacarığı qazanacaq
-
Real hesablamalar üzərindən praktiki payroll bacarıqları formalaşdıracaq
Təlimin məzmunu
-
Respublika və xarici ezamiyyə ödənişlərinin hesablanması
-
Yolayrıma (işə gediş-gəliş vaxtı) ilə bağlı ödənişlər
-
Payroll prosesinin Excel vasitəsilə avtomatlaşdırılması
-
Əməkhaqqı hesablama cədvəllərinin hazırlanması
-
Əməkhaqqı formulları və funksiyalarının praktik izahı
-
Təhsil və yaradıcılıq məzuniyyətlərinin hesablanması
-
Cəmlənmiş uçot və növbəli iş qrafiklərinin tətbiqi
-
Əmsallaşdırma qaydaları və orta əməkhaqqının hesablanması
-
Müavinətlərin hesablanması və tutulmaların tətbiqi
-
Vergi, DSMF və İcbari Tibbi Sığorta hesablamaları
Təlim haqqında məlumat
-
Təlimin müddəti: 20 saat
-
Keçirilmə üsulu: Canlı
-
Təlim metodu:
-
İnteraktiv yanaşma
-
Tapşırıq əsaslı öyrənmə
-
Real case study-lər
-
Praktiki hesablamalar
-
Excel üzərindən simulyasiyalar
-
İştirakçı profili
-
HR mütəxəssisləri və HR inzibatçıları (HR Administrator)
-
Kadrlar şöbəsinin əməkdaşları və rəhbərləri
-
Mühasiblər, baş mühasiblər və mühasibatlıq üzrə köməkçilər
-
Payroll (əməkhaqqı) üzrə mütəxəssis olmaq istəyənlər
-
Əmək və Vergi Məcəlləsi üzrə biliklərini təkmilləşdirmək istəyən şəxslər
-
İnsan resursları və maliyyə sahəsində karyeraya yeni başlayanlar
-
Müəssisələrdə hesablamaların düzgünlüyünə cavabdeh əməkdaşlar
Qiymətləndirmə və sertifikat
-
Təlimi uğurla bitirən iştirakçılara “HRENGINEERING” MMC tərəfindən rəsmi sertifikat təqdim olunur
-
Sertifikat iştirakçının HR sahəsində beynəlxalq standartlara uyğun praktiki biliklərə sahib olduğunu təsdiq edir
-
Sertifikat fərqlənmə, müvəffəqiyyət və iştirak səviyyələrini əhatə edir
Təlimin mövzuları
1. Əməkhaqqı hesablanmasına giriş
-
Payroll sisteminin HR və mühasibatlıqda rolu
-
Normativ hüquqi çərçivə (Əmək Məcəlləsi, Vergi Məcəlləsi və s.)
2. Əməkhaqqının növləri və tərkibi
-
Əsas əməkhaqqı
-
Əlavələr və kompensasiyalar
-
Əmək şəraitinə görə əlavələr
-
Digər iş funksiyalarına görə əlavələr
3. Hesablanmış (Gross) və xalis (Net) əməkhaqqı
-
Neft-qaz sektoru üzrə hesablamalar
-
Qeyri-neft və özəl sektor üzrə hesablamalar
-
Dövlət sektoru üzrə hesablamalar
4. Vergi və sığorta tutulmaları
-
Güzəştli və qeyri-güzəştli əməkhaqqı
-
DSMF tutulmaları
-
İcbari Tibbi Sığorta
-
Gəlir vergisi və digər tutulmalar
5. Məzuniyyətlər və əməkhaqqı hesablamaları
-
İllik məzuniyyət
-
Təhsil məzuniyyəti
-
Yaradıcılıq məzuniyyəti
-
Orta əməkhaqqının hesablanması
-
Əmsallaşdırma qaydaları
6. Əlavə ödənişlər və kompensasiyalar
-
Gecə növbəsi
-
Bayram və istirahət günü iş
-
Ezamiyyə ödənişləri (ölkədaxili və xarici)
7. Müavinətlər
-
Müavinətlərin növləri
-
Vergi və sığorta tutulmasının tətbiqi
-
Praktiki hesablamalar
8. Cəmlənmiş uçot və növbəli iş
-
Qrafiklərin hazırlanması
-
Saatların uçotu
-
Ödəniş mexanizmləri
9. Excel-də payroll avtomatlaşdırılması
-
Funksiyalar və formullar
-
Hesablama cədvəllərinin qurulması
-
Praktiki simulyasiyalar