HR MBA Təlimi
İnsan Resurslarının İdarə Edilməsi üzrə Peşəkar Təlim Proqramı
HR Engineering Career Academy tərəfindən təqdim olunan bu kompleks təlim proqramı insan resurslarının beynəlxalq standartlara uyğun şəkildə öyrədilməsini, iştirakçıların HR sahəsində həm nəzəri, həm də praktiki biliklərinin formalaşdırılmasını hədəfləyir.
Təlim müasir HR alətləri, strateji yanaşmalar və real biznes nümunələri əsasında qurulub və iştirakçıların peşəkar fəaliyyətə tam hazır şəkildə çıxmasını təmin edir.
Təlimin Məqsədi
-
İnsan resurslarının beynəlxalq standartlara uyğun tədris edilməsi
-
HR sahəsini əhatə edən kompleks və sistemli proqramın təşkili
-
İştirakçılarda HR prosesləri üzrə nəzəri və praktiki biliklərin formalaşdırılması
-
Müasir HR alətləri və metodlarının tətbiq bacarığının inkişaf etdirilməsi
-
Strateji düşüncə və analitik yanaşmanın gücləndirilməsi
-
Peşəkar HR karyerası üçün möhkəm bilik bazasının yaradılması
Təlimin Üstünlükləri
-
Təlim müddətində ödənişli master-klasslarda ödənişsiz iştirak imkanı
-
Yerli və xarici ekspert qonaqların iştirakı ilə praktiki dərslər
-
Real кейslər və tətbiq yönümlü tapşırıqlar
-
HR sahəsində aktual və tələb olunan mövzular
Təlim Haqqında Ümumi Məlumat
-
Təlim müddəti: 58 saat
-
Keçirilmə üsulu: Canlı və onlayn
-
Təlim forması: Qrup
-
Təlim metodu: İnteraktiv, tapşırıq əsaslı, əlavə materiallarla
-
Təlim dili: Azərbaycan dili
İştirakçı Profili
Bu təlim aşağıdakı şəxslər üçün nəzərdə tutulub:
-
HR sahəsində bilik və təcrübəsini artırmaq istəyənlər
-
İnsan Resursları sahəsinə yeni başlayanlar
-
Karyerasını HR istiqamətində qurmaq istəyənlər
-
HR üzrə təhsil alan bakalavr və magistrlər
-
Kiçik və orta sahibkarlar
-
HR sahəsində ixtisaslaşmaq istəyən mütəxəssislər
Qiymətləndirmə və Sertifikatlaşdırma
-
Təlimi uğurla başa vuran iştirakçılara HRENGINEERING MMC tərəfindən rəsmi sertifikat təqdim olunur
-
Sertifikat iştirakçının HR sahəsində beynəlxalq standartlara uyğun praktiki biliklərə malik olduğunu təsdiqləyir
-
Sertifikatlar iştirak səviyyəsinə görə fərqləndirilir (fərqlənmə, müvəffəqiyyət, iştirak)
Təlimin Mövzuları
Təşkilati İnkişaf
İnsan Resurslarının Planlaşdırılması
HR Strategiyasının Hazırlanması
Əmək Münasibətləri və Kadr Kargüzarlığı
İşə Qəbul və Yerləşdirmə
İşçilərin Adaptasiyası
Motivasiya və Heyətin Saxlanması
Performansın İdarə Edilməsi
Karyera İdarəetməsi
Öyrənmə və İnkişaf (L&D)
Excel Bacarıqları (Əlavə Modul)