HR AI təlimi
HR AI Təlimi
İş mühitində süni intellektin (AI) tətbiqi artıq rəqabət üstünlüyü deyil, zərurətdir. Bu təlim iştirakçılara AI-nin biznes və HR proseslərinə təsirini, analitik düşüncə və AI əsaslı qərarvermə bacarıqlarını praktiki nümunələr üzərindən öyrədir.
Təlimin Məqsədi
Bu AI təliminin əsas məqsədi:
-
Süni intellektin iş mühitində yaratdığı imkanları anlamaq
-
AI əsaslı alətləri effektiv və etik şəkildə tətbiq etmək
-
Analitik düşüncə, məhsuldarlıq və adaptasiya bacarıqlarını inkişaf etdirmək
-
HR, menecment və biznes proseslərində AI transformasiyasına hazırlaşmaqdır
Təlim real iş ssenariləri və praktiki tapşırıqlar üzərində qurulub.
Təlim Metodu
Təlim interaktiv və praktiki yanaşma əsasında keçirilir:
-
Case study-lər
-
Real biznes ssenariləri
-
Canlı müzakirələr
-
AI alətləri ilə praktik tətbiqlər
-
Tapşırıq əsaslı öyrənmə
Təlim Haqqında Qısa Məlumat
-
Təlim müddəti: 20 saat
-
Keçirilmə üsulu: Offline / Online
-
Tədris günləri:
– Həftədə 2 dəfə (19:00–21:00)
– Şənbə və bazar (11:00–14:00) -
Təlim dili: Azərbaycan dili
Təlimin Mövzuları
Həftə 1 – AI əsasları
-
Generativ AI: növləri, üstünlükləri və məhdudiyyətləri
-
Etik və təhlükəsiz AI istifadəsi
Həftə 2 – AI ilə məhsuldarlıq
-
Yazı və sənədləşdirmədə AI
-
Təqvim, görüş və layihə idarəetməsində AI tətbiqləri
-
Notion AI və Copilot ilə iş planlarının hazırlanması
Həftə 3 – Avtomatlaşdırma və analitika
-
RPA (robotik proses avtomatlaşdırması) anlayışı
-
Sorğular, formalar və məlumat emalı üçün AI
-
ChatGPT ilə avtomatlaşdırılmış iş ssenariləri
-
Analitika və dashboardlarla işləmək
Həftə 4 – Peşələr üzrə AI tətbiqləri
-
HR, menecerlər, sahibkarlar və ekspertlər üçün AI istifadəsi
-
AI tətbiq yol xəritəsinin hazırlanması
Həftə 5 – Capstone Layihə
-
Real iş mühiti üçün AI əsaslı layihənin hazırlanması
Qiymətləndirmə və Sertifikat
Təlimi uğurla bitirən iştirakçılara HRENGINEERING MMC tərəfindən rəsmi sertifikat təqdim olunur. Sertifikat iştirakçının AI və HR sahəsində beynəlxalq standartlara uyğun praktik biliklərə sahib olduğunu təsdiq edir.