Əmək Qanunvericiliyi Təlimi
Təlimin məqsədi
Əmək münasibətlərində tətbiq olunan qanunvericilik normalarını sistemli şəkildə öyrətmək, işəgötürən və işçinin hüquq və öhdəliklərinin düzgün icrasını təmin etmək, hüquqi risklərin qarşısını almaq və qərarvermə prosesində hüquqi savadlılığı artırmaqdır.
Bu təlim HR mütəxəssisləri, rəhbərlər və hüquqi risklərlə üzləşən təşkilatlar üçün praktik yanaşma əsasında hazırlanmışdır.
Təlimin məzmunu
Təlim real iş təcrübələrinə əsaslanan praktiki izahlar və nümunələrlə aparılır:
-
Əmək qanunvericiliyinin əsas prinsipləri və tətbiq mexanizmləri
-
İşə qəbul, əmək müqaviləsinin bağlanması, məzuniyyət, intizam və xitam proseslərinin qanunauyğun idarə olunması
-
Əmək hüququnun əsas anlayışları və normativ baza
-
İşçi–işəgötürən münasibətlərində hüquqi yanaşma
- Hüquqi risklərin (müqavilə pozuntuları, intizam tənbehləri, xitam halları və s.) düzgün idarə edilməsi
Təlimin mövzuları
-
Əmək qanunvericiliyinin və əmək münasibətlərinin əsas anlayışları
-
İşə qəbul sənədləşməsi və əmək münasibətlərinin yaradılması
-
Əmək müqaviləsinin məzmunu, ƏMAS sistemi və əmək kitabçası
-
İşçi hərəkətliliyi və vəzifə dəyişiklikləri
-
Əmək müqaviləsinə əlavə və dəyişikliklərin edilməsi
-
İş və istirahət vaxtı ilə bağlı qanunvericilik
-
Əməkhaqqının hesablanması və ödəniş qaydaları
-
Ezamiyyətlərin rəsmiləşdirilməsi
-
Məzuniyyət növləri və sənədləşmə
-
Əmək müqaviləsinə xitam və xitam prosedurları
-
İntizam tənbehlərinin tətbiqi qaydaları
-
Əmək qanunvericiliyinin pozulmasına görə məsuliyyət
-
Məşğulluq sahəsində kadr inzibatçılığı
Kimlər üçün nəzərdə tutulub:
Bu təlim aşağıdakı şəxslər üçün nəzərdə tutulub:
-
İnsan resursları, hüquq və idarəetmə sahəsində çalışan mütəxəssislər
-
HR menecerləri və rəhbərlər
-
İşə qəbul, əmək müqaviləsi, intizam və xitam proseslərinə cavabdeh şəxslər
-
İşçi–işəgötürən münasibətlərini qanun çərçivəsində idarə edən koordinatorlar
-
Əmək münasibətlərində hüquqi riskləri minimuma endirmək istəyən peşəkarlar
Qiymətləndirmə və sertifikatlaşdırma
-
Təlimi uğurla başa vuran iştirakçılara HRENGINEERING MMC tərəfindən rəsmi sertifikat təqdim olunur
-
Sertifikat iştirakçının HR sahəsində beynəlxalq standartlara uyğun praktik biliklərə sahib olduğunu təsdiqləyir
-
Qiymətləndirmə meyarları: iştirak, fəallıq və praktiki tapşırıqlar