Dövlət Satınalmaları üzrə Peşəkar Təlim
Təlimin məqsədi
Bu təlimin məqsədi iştirakçılara dövlət satınalmalarının hüquqi, inzibati və praktiki əsaslarını öyrətmək, satınalma planlaşdırılmasından müqavilə bağlanmasına qədər bütün mərhələlər üzrə bilik və bacarıqları inkişaf etdirməkdir.
Təlim real nümunələr, praktiki tapşırıqlar və normativ sənədlər üzərindən dövlət satınalmalarının tətbiq mexanizmini peşəkar səviyyədə mənimsətməyə yönəlib.
Təlim haqqında ümumi məlumat
-
Təlimin müddəti: 20 saat
-
Təlimin keçirilmə üsulu: Hibrid (onlayn və oflayn)
-
Təlimin metodu:
-
İnteraktiv yanaşma
-
Case study və real nümunələr
-
Praktiki tapşırıqlar
-
Sənəd analizi və simulyasiyalar
-
Təlimin məzmunu
-
Dövlət satınalmalarının hüquqi əsasları və normativ aktlar
-
Satınalma metodları və tətbiq şərtləri
-
Tenderin təşkili və sənədləşmə tələbləri
-
İddiaçıların qiymətləndirilməsi və müqayisə meyarları
-
Müqavilələrin bağlanması və icra nəzarəti
-
Texniki tapşırığın hazırlanması
-
Tender komissiyasının fəaliyyəti
-
Praktiki case study-lər və simulyasiyalar
İştirakçı profili
-
Maliyyəçilər və büdcə-planlaşdırma üzrə mütəxəssislər
-
Satış və marketinq mütəxəssisləri, dövlət satınalmalarında iştirak etmək istəyən şirkət nümayəndələri
-
Satınalma sahəsində ixtisaslaşmaq və biliklərini təkmilləşdirmək istəyən şəxslər
-
Dövlət satınalmaları sahəsində karyera qurmaq və ya bu sahəyə keçid etmək istəyənlər
-
Hüquqşünaslar və hüquq sahəsində çalışan mütəxəssislər
-
Dövlət və özəl sektorda satınalma prosesinə məsul olan əməkdaşlar
Təlimin keçiriləcəyi dil
Azərbaycan dili / İngilis dili
Qiymətləndirmə və sertifikat
-
Təlimi uğurla bitirən iştirakçılara “HRENGINEERING” MMC tərəfindən rəsmi sertifikat təqdim olunur.
-
Sertifikat iştirakçının dövlət satınalmaları sahəsində beynəlxalq standartlara uyğun praktiki biliklərə sahib olduğunu təsdiq edir.
-
Sertifikatlar fərqlənmə, müvəffəqiyyət və iştirak səviyyələrinə uyğun verilir.
Təlim modulları
Modul 1: Dövlət Satınalmalarının Planlaşdırılması və Təşkili
Modul 2: Malların, İşlərin və Xidmətlərin Satınalınması
Modul 3: Təchizatçıların Uyğunluq Göstəriciləri
Modul 4: Satınalma Metodları və Tətbiq Şərtləri
Modul 5: Çərçivə Sazişi
Modul 6: Mikro, Kiçik, Orta və İri Sahibkarlıq Subyektlərinin İştirakı
Modul 7: Elektron Satınalma
Modul 8: Tələb Edilən Zəmanətlər
Modul 9: Uyğunluq Sənədlərinin və Təkliflərin Qiymətləndirilməsi
Modul 10: Şikayətlər və Apellyasiya Mexanizmləri
Modul 11: Nazirlər Kabinetinin Qərarları və Normativ Baza
Modul 12: Müqavilələrin Hazırlanması və İdarə Olunması
Modul 13: Cərimələr və Hüquqi Məsuliyyət
Modul 14: Praktik Müzakirələr və Case Study