Xəyal Abdullayev B2B və B2C satış, öyrənmə və inkişaf (L&D), eləcə də təlimçilərin təlimi (TOT) sahələri üzrə ixtisaslaşmış peşəkar təlimçidir. Təhsil, sığorta, inşaat, istehsalat, FMCG və distribusiya sektorlarında zəngin praktiki təcrübəyə malikdir.
Karyerası boyunca bir sıra aparıcı şirkətlərdə korporativ satış meneceri, satış komandası üzrə təlim meneceri və biznes təlimçisi vəzifələrində fəaliyyət göstərmişdir. 2015-ci ildən etibarən peşəkar təlimçi kimi çalışaraq yerli və korporativ təşkilatlar üçün satış və inkişafyönümlü təlimlər həyata keçirir.
Xəyal Abdullayev əsasən B2B/B2C satış strategiyaları, öyrənmə və inkişaf (L&D), təlimçilərin hazırlanması (TOT) istiqamətlərində korporativ təlim proqramları keçir. O, 10 ildən artıq satış və təlimçilik təcrübəsinə malikdir və real biznes mühitinə əsaslanan praktiki yanaşma ilə tanınır.
Peşəkar inkişafı çərçivəsində 3 beynəlxalq TOT və 1 beynəlxalq L&D sertifikatı əldə etmişdir. Eyni zamanda, “Satış təmsilçisi hazırlanması modulu” (2021) adlı peşə və ali təhsil müəssisələrində tədris olunan rəsmi dərsliyin müəllifidir.
Bu gün Xəyal Abdullayev satış komandalarının effektivliyinin artırılması, təlim sistemlərinin qurulması və davamlı inkişaf modellərinin tətbiqi üzrə şirkətlərə dəyər yaradan həllər təqdim edir.