Seymur Mahmudlu HR Data Analitikası, Biznes Analitikası və Layihə İdarəetməsi sahələrində ixtisaslaşmış peşəkar təlimçi və analitika mütəxəssisidir. Hazırda Azərsun Holdinq-də Analitika şöbəsinin müdiri kimi fəaliyyət göstərir və data əsaslı qərarvermə proseslərinin qurulmasında aktiv rol oynayır.
Onun əsas ixtisaslaşma sahələrinə HR Data Analitikası, Power BI, Excel, Biznes Analitikası və Layihələrin İdarə Edilməsi daxildir. Seymur Mahmudlu HR strategiyalarının rəqəmsal transformasiyası, data analizi və ölçülə bilən performans modellərinin qurulması üzrə geniş praktiki təcrübəyə malikdir.
Təlim və konsultasiya fəaliyyətində HR analitika alətlərinin real biznes mühitində tətbiqinə, data-driven HR qərarlarının formalaşdırılmasına və analitik düşüncə bacarıqlarının inkişafına xüsusi önəm verir. Onun təlimləri praktiki nümunələr, real case-lər və beynəlxalq metodologiyalar əsasında aparılır.
Seymur Mahmudlu beynəlxalq səviyyədə tanınan bir sıra sertifikatlara malikdir və analitika sahəsində müasir trendləri tədris prosesinə inteqrasiya edir. O, HR və biznes analitikası üzrə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş peşəkar təlimlər keçir.