Sahil Sabirzadə əməkhaqqının hesablanması, əmək münasibətlərinin tənzimlənməsi və payroll proseslərinin idarə edilməsi sahəsində ixtisaslaşmış peşəkar ekspertdir. Karyerasına FINCA Azerbaijan şirkətində başlamış, daha sonra Veysəloğlu Group, Gilan Construction Group, Gilan PSC və Dövlət Sosial Müdafiə Fondu kimi aparıcı qurumlarda müxtəlif məsul vəzifələrdə fəaliyyət göstərmişdir.
Peşəkar fəaliyyəti dövründə əmək müqavilələrinin idarə olunması, əməyin ödənilməsi mexanizmləri, payroll sistemlərinin qurulması və qanunvericiliyə uyğun tətbiqi sahələrində geniş praktiki təcrübə toplamışdır. Sahil Sabirzadə dövlət və özəl sektorda insan resursları və maliyyə proseslərinin düzgün və effektiv icrasına yönəlmiş sistemlərin tətbiqində aktiv iştirak etmişdir.
Hazırda o, əmək münasibətləri və əməkhaqqı hesablamaları üzrə praktik biliklərini real iş nümunələri əsasında paylaşaraq mütəxəssislərin peşəkar inkişafına töhfə verən təlimlər həyata keçirir.
