• gallery

Rəsul Rzayev – Təlimçi

Rəsul Rzayev əməyin mühafizəsi və təhlükəsizlik sahəsində yerli və beynəlxalq sertifikatlara malik, çoxillik praktiki təcrübəsi olan peşəkar mühəndis və təlimçidir. O, AZDƏMTTİ tərəfindən təsdiqli vəsiqəyə, habelə FHN zamanı alət və avadanlıqlardan istifadə icazəsinə malikdir.

Peşəkar fəaliyyəti dövründə NEBOSH, IOSH, NEBOSH Incident Investigation, ISO 9001, ISO 14001, ISO 45001 Internal Audit və digər beynəlxalq sertifikatlar əldə etmişdir. Rəsul Rzayev FHN Xüsusi Riskli Xilasetmə Xidmətində (şöbə müdiri), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində və TƏBİB strukturunda sahə üzrə məsul vəzifələrdə çalışaraq geniş praktiki təcrübə qazanmışdır.

Beynəlxalq və yerli layihələrdə iştirak etmiş Rəsul Rzayev eyni zamanda əməyin mühafizəsi, istehsalat təhlükəsizliyi və risklərin idarə olunması üzrə geniş təlimçilik təcrübəsinə malikdir. Onun keçdiyi təlimlər real iş mühitindən götürülmüş nümunələr və tətbiq yönümlü yanaşma ilə seçilir.