Müşfiq Əmircanov insan resurslarının idarə edilməsi sahəsində uzunmüddətli praktiki təcrübəyə malik peşəkar HR eksperti və təlimçidir. Karyerası boyunca bank və dövlət sektorunda insan resurslarının əsas istiqamətləri üzrə rəhbər vəzifələrdə çalışmışdır.
“DəmirBank ASC”də ardıcıl olaraq Əmək Münasibətlərinin Tənzimlənməsi, Kadrlar və Əməkhaqqı, İşə Qəbul və Seçmə şöbələrinin rəhbəri kimi fəaliyyət göstərmiş, əmək münasibətlərinin idarə olunması, əməkhaqqının hesablanması və kadr inzibatçılığı proseslərinə effektiv şəkildə rəhbərlik etmişdir.
Müşfiq Əmircanov bank sektorunda SAP HRM sisteminin tətbiqi layihəsində fəal iştirak etmiş, sistemin uğurla inteqrasiyasında və praktiki istifadəyə verilməsində mühüm rol oynamışdır. Onun təcrübəsi HR proseslərinin avtomatlaşdırılması və rəqəmsal həllərin tətbiqi sahəsində dərin biliklərə əsaslanır.
Hazırda dövlət müəssisələrindən birində İnsan Resursları Departamentinin rəhbəri kimi fəaliyyət göstərir. Praktiki HR biliklərini real iş təcrübəsinə əsaslanan təlimlərlə bölüşərək, insan resursları üzrə mütəxəssislərin peşəkar inkişafına töhfə verir.