• gallery

Lətafət V. Rəhimli – Təlimçi

Lətafət V. Rəhimli 20 ildən artıq təcrübəyə malik peşəkar biznes təlimçisi, konsultant və mentordur. O, Azərbaycanla yanaşı Türkiyə, Moldova, Nepal, Tacikistan və digər ölkələrdə yüzlərlə şirkət və dövlət qurumu üçün strateji və praktik yönümlü təlimlər həyata keçirmişdir.

Peşəkar fəaliyyəti çərçivəsində müştəri xidməti, satış strategiyaları, zəng mərkəzi (call center) idarəetməsi, təlimçilərin hazırlanması (Train the Trainer), zamanın idarə edilməsi, korporativ mədəniyyət və liderlik mövzularında geniş bilik və real praktiki təcrübəyə malikdir.

Lətafət V. Rəhimli biznes proseslərinin optimallaşdırılması, insan faktorunun effektiv idarə olunması və komandaların performansının artırılması istiqamətində qurumlara ölçülə bilən nəticələr qazandıran təlim proqramları təqdim edir. Onun təlimləri real case-lərə əsaslanır və iştirakçıların biliklərini birbaşa praktikaya tətbiq etməsinə imkan yaradır.