Fəxrəddin Abdullayev karyera inkişafı, insan resurslarının idarə edilməsi (HR), öyrənmə və inkişaf (L&D) və şəxsi inkişaf sahələrində 13 ildən artıq peşəkar iş təcrübəsinə malik olan aparıcı biznes təlimçisidir. O, Xəzər və Taras Şevçenko adına Kiyev Milli Universitetlərində Beynəlxalq Münasibətlər və Geosiyasət ixtisasları üzrə ali təhsil almışdır.
Peşəkar fəaliyyəti dövründə dövlət və özəl sektorda geniş təcrübə qazanmış Fəxrəddin Abdullayev 19 il ərzində 35 000-dən çox iştirakçıya müxtəlif mövzular üzrə praktiki və nəticəyönümlü təlimlər keçmişdir. Onun təlim portfelinə Təlimçilər üçün Təlim (TOT), Müəllimlər üçün Təlim (TOE), insan resurslarının idarə edilməsi, təqdimat bacarıqları, NLP Practitioner, insan tanıma sənəti, satış texnikaları, müştəri məmnuniyyətinin idarə edilməsi, natiqlik sənəti, karyera planlaması və ünsiyyət texnikaları daxildir.
Fəxrəddin Abdullayev Azərbaycanın aparıcı şirkət və qurumlarında biznes təlim xidmətləri göstərmiş, eyni zamanda Azərbaycan Universitetində Humanitar və Sosial Elmlər, həmçinin Biznesin İdarə Edilməsi fakültələrinin tələbələrinə müəllim kimi dərs demişdir. Onun təlimləri real biznes mühiti, praktik nümunələr və ölçülə bilən nəticələr üzərində qurulur.
