Elçin Rəşid dövlət və özəl sektor üçün strateji modelləşdirmə, iqtisadi təhlil və inkişaf layihələri üzrə təcrübəli ekspert və peşəkar təlimçidir. O, SOCAR, dövlət qurumları, bank sektoru və 50-dən çox özəl müəssisə ilə yanaşı, Dünya Bankı, Avropa İttifaqı və UNDP kimi beynəlxalq təşkilatların layihələrində ekspert qismində fəaliyyət göstərmişdir.
Elçin Rəşid müxtəlif sahələr üzrə proqnozlaşdırma, analitik modelləşdirmə və strateji planlama layihələrinin müəllifidir. Onun əsas ixtisaslaşma istiqamətləri marketinq strategiyalarının effektivliyinin ölçülməsi, investisiya modellərinin qurulması və dövlət siyasətlərinin analitik əsaslarla formalaşdırılmasıdır.
O, universitet inkişaf strategiyaları, logistika və portfel optimallaşdırılması, ağıllı şəhər və yaşayış infrastrukturu layihələri, eləcə də işğaldan azad olunmuş ərazilər üçün strateji proqnozlaşdırma sahələrində dərin ekspert biliklərinə malikdir.
Elçin Rəşid bu mövzular üzrə dövlət və özəl sektor üçün 200-ə yaxın təlim və seminar keçmiş, real data və beynəlxalq metodologiyalara əsaslanan praktiki yanaşmaları ilə tanınmışdır. Onun təlimləri qərarvericilər və rəhbər heyət üçün strateji düşüncə və analitik bacarıqların inkişafına yönəlib.
