• gallery

Aygül Salimova – Təlimçi

Aygül Salimova 10 ildən artıq təcrübəyə malik, SHRM-SCP/CP beynəlxalq sertifikatlı, nəticəyönümlü insan resursları mütəxəssisidir. İnsan kapitalının inkişafı, performansın idarə olunması, istedadların aşkarlanması və korporativ təlim proqramlarının qurulması sahələrində həm lokal, həm də beynəlxalq layihələrdə aktiv iştirak etmişdir.

Hazırda Ekol Engineering Services MMC-də məsləhətçi və İnsan Resursları Departamentinin direktoru kimi fəaliyyət göstərir. Əvvəlki peşəkar fəaliyyəti çərçivəsində Umid Babek Operating Company (Talent Management Specialist), Boss Shelf LLC (HR Specialist), Baku 2015 European Games, Formula 1 Azerbaijan GPEYOF 2019 kimi iri miqyaslı layihələrdə HR, onboarding və işçi planlaması üzrə rəhbər mövqelərdə çalışmışdır.

Aygül Salimova insan resursları strategiyalarının qurulması, istedadların idarə edilməsi, performans və karyera inkişafı sahələrində praktiki yanaşmaya əsaslanan təlimlər həyata keçirir və təşkilatların davamlı inkişafına töhfə verir.