Seymur İlyasov

Strateji idarəetmə üzrə ekspert

  • Tədris etdiyi təlimlər:
  • Balanced Scorecard 
  • Strateji idarəetmə
  • Ehtiyatların planlaşdırılması və idarə edilməsi

Bakalavr və magistratura təhsilini Sənayenin təşkili və idarə olunması ixtisası üzrə tamamlayıb, doktorantura təhsilini Müəssisələrin təşkili və idarə olunması ixtisası üzrə davam etdirmişdir. 2015-ci ildə Amerikanın “AAPM” akademiyası tərəfindən “Certified Planning Engineer” beynəlxalq dərəcəsinə, “Honorary Global Advisor” tituluna, ümumilikdə isə dörd beynəlxalq dərəcəyə layiq görülmüşdür. 15 ildən artıq təhsil, ağır sənaye, xidmət sektoru və qida sənayesində çalışmış, hazırda neft sektorunda strateji idarəetmə üzrə taktiki rəhbər vəzifəsində işləməkdədir. Eyni zamanda, 2015-ci ildən etibarən “İstehsalatın planlanması”, “İstehsalat proseslərinin optimallaşdırılması”, “Təchizat zəncirinin idarə edilməsi (Ehtiyatların idarə edilməsi)”, “Strateji idarəetmə”, “Balanced Scorecard” (Strateji planlama) üzrə təlimlər keçir, universitetlərdə bakalavr və magistratura üzrə təhsil alan, həmçinin magistratura üzrə SABAH qruplarına və MBA proqramı üzrə təhsil alan tələbələrə “Təchizat zəncirinin idarə edilməsi”, “Biznes proseslərinin idarə olunması”, “Ehtiyatların idarə edilməsi” dərslərini tədris edir. Müxtəlif mövzularda yazılan dörd kitabın müəllifi və həmmüəllifidir.