Save

Report this service

İşə Qəbul

5.0 (0 Reviews)
178 Views
  • Location
    Baku

Service Description

 Təlimin Məqsədi:


  • Bu kurs ərzində iştirakçılar işə qəbul prosesini dərindən öyrənəcək, vacib işə müraciət bacarıqlarını inkişaf etdirəcək və müsahibə mühitində özlərinə güvən qazanacaqlar. Kurs real həyat nümunələri, interaktiv tapşırıqlar və fərdi rəy vasitəsilə praktiki təcrübə təqdim etmək üçün hazırlanmışdır.

 

 İştirakçı Profili:


  • – Yeni məzunlar və tələbələr;
    – Karyerasını dəyişmək istəyənlər;
    – İş axtaran şəxslər;
    – Şəxsi brendini qurmaq istəyənlər;
    – Karyera inkişafına fokuslananlar.

 

 Metodika:


  • Təlimlər interaktiv və tapşırıq əsaslı öyrənmə üsulu ilə peşəkar təlimçi tərəfindən təlim məkanında keçirilir.

 

 Təlim Müddəti:


  • 16 saat
  • Təlimlər həftə içi və sonu, iş və qeyri- iş saatlarında təşkil edilə bilər.

Təlimin əsas mövzuları:

  • 1 . İşə qəbulun əsasları və əmək bazarındakı trendlər:
    – Müasir işə qəbul praktikasına baxış;
    – Şirkətlərin işçiləri necə seçdiyi və nəyə üstünlük verdiyi;
    – Sənaye üzrə işə qəbul trendləri;
    – Tapşırıq: Arzuladığınız vəzifəni müəyyən edin və ona uyğun CV hazırlayın.
  • 2 . Effektiv CV və Motivasiya Məktubu Hazırlamaq:
    – Ən yaxşı CV formatları;
    – Fərqli vəzifələr üçün CV-ni uyğunlaşdırmaq;
    – Güclü motivasiya məktubu yazmaq;
    – Tez-tez edilən səhvlər;
    – Tapşırıq: CV-nizi yenidən tərtib edin.
  • 3. Effektiv İş Axtarış Strategiyası Qurmaq:
    – İş elan saytlarından istifadə;
    – LinkedIn və digər platformalar;
    – İşəgötürənlər və HR-larla əlaqə yaratmaq;
    – Gizli iş bazarı haqqında məlumat.
  • 4 . Ünsiyyət Bacarıqları:
    – Ünsiyyət metodları;
    – Məntiqi səhvlər və onlardan qaçınmaq;
    – İnamlı danışıq bacarığı;
    – Biznes terminologiyası.
  • 5. Elektron Ünsiyyət Bacarıqları:
    – E-mail və resursların idarə edilməsi;
  • – Məlumatların idarə olunması və qrafiklərdən istifadə;
  • – Hesabatlar, portfoliolar, təqdimatlar.

 

  • 6. Şəxsi Profilinizi Formalaşdırmaq:
    – Əmək bazarında dəyərinizi anlamaq;
    – Şəxsi brendinq və sosial media imici;
    – İş təkliflərini dəyərləndirmək və əmək haqqı danışıqları aparmaq;
  • – Yumşaq bacarıqlar – emosional intellekt.
  • 7. Müsahibəyə Hazırlığın İnkişafı:
    – Müsahibə növləri haqqında məlumat;
    – Şirkət və vəzifə üzrə araşdırma aparmaq;
    – Müsahibə götürən şəxsin psixologiyasını başa düşmək;
    – Özünüzü təqdim etmək üçün qısa və təsirli nitq hazırlamaq;
    – Tapşırıq: Müsahibələr üçün praktiki hazırlıq.
  • 8. Təcrübələr və yekun qeydlər:
    – Yekun sınaq müsahibələri və karyera planlaşdırması.

Təlimi bitirən şəxslər HRENGINEERING tərəfindən aşağıdakı səviyyələrə uyğun sertifikatlarla təltif edilir:
Müvəffəqiyyət · İştirak

0 Reviews

5.0
0 rating
5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%