Save

Report this service

Daxili Audit

5.0 (0 Reviews)
389 Views
  • Location
    Baku

Service Description

 Təlimin Məqsədi:


  • İştirakçılara daxili nəzarət və daxili auditin prinsiplərini, metod və prosedurlarını, beynəlxalq standartlara uyğun tətbiqini öyrətmək, həmçinin audit hesabatlarının hazırlanması və nəzarət tədbirlərinin icrasına nəzarət bacarıqlarını inkişaf etdirməkdir.

 İştirakçı Profili:


  • Təlim daxili auditorlar, maliyyə və mühasibatlıq sahəsində çalışan mütəxəssislər, nəzarət və risklərin idarə olunması üzrə mütəxəssislər, audit və nəzarət orqanlarında çalışan peşəkarlar, həmçinin daxili nəzarət sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən rəhbər şəxslər üçün nəzərdə tutulub.

 Metodika:


  • Təlim nəzəri biliklərin izahı, praktiki məşğələlər, real audit prosesləri üzərində iş və müzakirələr əsasında interaktiv şəkildə aparılır.

 Təlim Müddəti:


  • 24 saat
    Təlimlərin qrafiki tələbə uyğun olaraq tərtib edilir.

Təlimin əsas mövzuları:

  • 1. Daxili nəzarətin mahiyyəti və onun təsnifatı:
    · Daxili nəzarətin formaları;
    · Daxili nəzarətin prinsipləri;
    · Nəzarət tədbirlərinin təsnifatı və onların arasındakı fərq;
    · Daxili nəzarət – maraqların müdafiəsi elementidir;
    · Daxili nəzarətin təşkili, nəzarət orqanı və onun səlahiyyətləri.
    2. Daxili Auditin normativ bazası:
    · Beynəlxalq Audit standartları və onun tətbiq sahələri;
    · Daxili Audit haqqında qanun;
    · AMB-nin daxili audit haqqında normativ sənədləri;
    · Korporativ İdarəetmədə Daxili Auditin rolu.
    3. Daxili Audit orqanının təşkili, onun funksiyaları və səlahiyyətləri:
    · Daxili Audit Xidmətinin təşkilati strukturu, ştat vahidi ilə təmin olunması;
    · Əməkdaşlara qarşı yönəldilmiş peşəkar tələblər;
    · Daxili Audit əməkdaşlarının məsuliyyətləri;
    · Daxili Audit Xidmətinin təşkilatın digər orqanları ilə qarşılıqlı münasibətləri.
    4. Daxili Auditin metod və prosedurları, nəzarət tədbirlərinin
    keçirilməsi:
    · Nəzarət tədbirlərinin həyata keçirilməsinin metod və prosedurları,
    nəzarətin müddəti;
    · Daxili Auditin İş Planı;
    · Audit olunan obyektin əhatə sahələri, Təşkilati məsələlər, Prosedurlar,
    Siyasətlər, Büdcə, Mühasibatlıq, Personal, Hesabatlıq;
    · Yerində yoxlama, yerindən kənarda yoxlama;
    · İlkin sənədlər əsasında yoxlama, müsahibələr, monitorinqlər;
    · Audit Hesabatının hazırlanması, onun strukturu və təqdim olunması;
    · Auditin nəticəsinə uyğun Tədbirlər planının hazırlanması və icraya nəzarət.
  • 5. Nəzarətin planlaşdırılması:
    · Fəaliyyətin planlaşdırılması və tədbirlər;
    · Nəzarət obyektinin qiymətləndirilməsinin məqsədəuyğunluğu və
    seçilməsi;
    · Struktur bölməsinin auditi (Şöbə, qrup, departament və digər struktur
    vahidlərinin fəaliyyəti üzrə kompleks audit yoxlaması);
    · Biznes proseslər üzrə audit (Hər hansı bir struktur vahidinin və ya bir
    neçə struktur vahidinin fəaliyyət dairəsinə aid olan proseslərin və ya
    əməliyyatların audit olunması).
    6. Praktiki məşgələlər, Audit hesabatının hazırlanması, Tədbirlər
    planının hazırlanması.
    7. İmtahan.

Təlimi bitirən şəxslər HRENGINEERING tərəfindən aşağıdakı səviyyələrə uyğun sertifikatlarla təltif edilir:
Ekspert · Müvəffəqiyyət · İştirak

0 Reviews

5.0
0 rating
5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%