Bu təlim iştirakçılara rəqəmsal marketinqin əsaslarını,
effektiv reklam strategiyalarını və analitik alətlərin
istifadəsini öyrədərək, onları peşəkar səviyyədə digital
marketinq kampaniyaları hazırlamaq və idarə etmək
bacarığı ilə təmin etməyi hədələyir.
İştirakçı Profili:
Təlim, marketinq sahəsində yeni biliklər əldə etmək
istəyənlər, biznesini rəqəmsal mühitdə inkişaf
etdirmək arzusunda olan sahibkarlar və sosial media
marketinqi ilə peşəkar səviyyədə məşğul olmaq
istəyən şəxslər üçün uyğundur.
Metodika:
Təlim nəzəri bilikləri real nümunələr, təcrübədən
götürülmüş hallar və praktiki tapşırıqlarla birləşdirərək
interaktiv şəkildə keçiriləcək və iştirakçılara
öyrəndiklərini tətbiq etmə imkanı yaradacaq.
Təlim Müddəti:
30 saat – 2 ay
Təlim həftə içində biri 2 saat
olmaqla həftədə 2 dəfə əsasən
əyani qaydada təşkil edilir
Təlimin əsas mövzuları:
1. Rəqəmsal Marketinqə Giriş
• Rəqəmsal Marketinq və Ənənəvi Marketinq arasında fərqlər
• AİDA modeli (Marketinq qıfı (Marketing Funnel)) və müştərinin bu prosesdə iştirakı
• ATL və BTL marketinq kampaniyaları
2. Sosial Media Marketinqi (SMM)
• Sosial şəbəkələrin marketinqdə rolu
• Sosial Media platformalarının doğru idarə olunması
• Facebook, Instagram, LinkedIn, TikTok platformaları haqda ümumi məlumat
• Biznes səhifələrinin yaradılması
• Platformalar haqda ümumi məlumat, mobil və PC interfeyslər, funksiyalar (karusel, reels, highlights)
• Daxili analitika
• LinkedIn-də B2B marketinq
• TikTok-da marketinq
• CRM – Mesajların və rəylərin doğru cavablandırılması
3. Kontent Marketinqi və Kopiraytinq
• Kontent növləri
• Kontent yazmaq üçün axtarış mənbələri
• Yaradıcı başlıq və açıqlama mətni necə yazılmalı
• Heşteq strategiyası
• Kontent planın hazırlanması və planlaşdırılması
• CTA-lardan istifadə
• Vizual kreativlik
• Söz oyunu (sözdə yaradıcılıq)
4. Facebook və Alətləri
• Facebook Business Suite
• Business Manager
• Event Manager
• Ads Manager interfeysi və reklam hesabının yaradılması
• Sosial mediada səhifələrində faydalı olacaq əlavə platformalar və istifadə qaydaları
• Sosial mediada rəqiblərin analizi
5. Meta Reklamları
• Rəqəmsal ölçü vahidləri (metriklər)
• Ads Manager-də reklam növləri
• Reklamın yaradılması
• A/B test, reklam nəticələrinin analizi
• Retargetinq, Meta Pixel, bənzər və xüsusi auditoriyaların yaradılması
• Reklam hesabatının hazırlanması
6. SEO və SEM
• SEO audit
• Texniki SEO
• On-Page SEO
• Off-Page SEO
• SEO alətlərindən istifadə
7. Google Ads və Reklam Kampaniyaları
• Google Ads əsasları və Kampaniyaların qurulması
• Search, Display və YouTube reklamlarının yaradılması
• Google Ads interfeysinin izahı
• Keyword Analiz
• Dinamik report hazırlanması
8. Google Analytics 4 (GA4) Əsasları
• İnterfeys və hesabatların hazırlanması
• Auditoriya analizi və istifadəçi davranışı
9. Google Search Console və Google Tag Manager (GTM)
• Google Search Console-un istifadəsi
• Açar söz performansını analiz etmək
• GTM interfeysinin izahı
• Konversiya izləmə və eventlər qurmaq
10. Rəqəmsal Marketinq Strategiyasının Hazırlanması və Planlaşdırılması
• Markaya uyğun platformaların analizi və seçilməsi
• Bazar analizi nəticələrinin strategiyaya tətbiqi
• Büdcə planlaması
• KPI ilə işləmək