Rəhbər potensialının inkişafı: Təlim-konsultasiya layihəsi
-
LocationBaku
Service Description
PROQRAMIN MƏQSƏDİ:
- Qurumun korporativ ekosisteminin gücləndirilməsi,
rəhbər və rəhbər namizədlərinin fərdi keyfiyyətlərinin
gücləndirilməsilə qurumun rəhbər
potensialını inkişaf etdirmək.
TƏLİM MÜDDƏTİ:
- 2-4 ay
Layihə və onun tərkib hissəsi olan
təlim iş, yaxud qeyri-iş saatlarında
təşkil edilir.
İŞTİRAKÇI PROFİLİ:
- Proqram yalnız korporativ sifariş əsasında
keçirilir. Bu layihədə rəhbər və rəhbər vəzifələrin
ehtiyatında olan şəxslərin iştirakı tövsiyə edilir.
METODİKA:
- Bu proqram tərkibində diaqnostika, konsultasiya,
təlim-inkişaf və qiymətləndirmə elementlərini
birləşdirməkdədir. İnkişaf etdirilməli məqamlar
xüsusi testlər, yaxud da oyunlar vasitəsilə fərdi
qaydada və komanda üzrə müəyyən edilir.
PROQRAMIN MAHİYYƏTİ
- Bu xidmət Azərbaycanın təlim-konsultasiya bazarı üçün ilkdir. İlk öncə sifarişçi ilə
ümumi tələbatların öyrənilməsi məqsədilə müzakirə aparılır. Oyun ssenariləri
müəyyən edilir. Yaxud da Enneagram metodologiyası ilə psixoloji testləşdirmə təşkil
edilir. Daha sonra komanda üçün inkişafı zəruri olan fərdi keyfiyyətlərin siyahısı
çıxarılır. Həmin bacarıqlar mövzular üzrə qruplaşdırılır və təlimlər keçirilir.
Təlimlərdən sonra tələb edilən bacarıqların vərdişlər formasını alması məqsədilə
sifarişçinin korporativ ekosisteminin adaptasiya prosesi layihə formasında davam
etdirilir. Bu proqramda təlimlə yanaşı testləşdirmə və konsultasiya xidməti də təklif edilir.