Praktik satış
-
LocationBaku
Service Description
Təlimin Məqsədi:
- Hər bir müştəri ilə qarşılıqlı münasibətin qu-rulması, üzbəüz satış bacarıqları və effektiv telefon danışıqların öyrənmək və inkişaf etdirilmək, satış prosesinin effektivliyini artırmaq və satışın hər mərhələsində müştəri sədaqətini qorumaq bacarıqlarını mənimsətmək.
İştirakçı Profili:
- Satış və çağırı mərkəzlərinin nümayəndələri, menecerləri, satış və çağırı mərkəzi xidmətində iştirak edən və karyerasını bu sahədə qurmaq istəyən şəxslər.
Metodika:
- Təlimlər interaktiv, rol, diskussiya və tapşırıq əsaslı öyrənmə üsulu ilə təlim məkanında keçirilir. Təlim proqramı sırf praktik nümunələrlə xüsusi olaraq zənginləşdirilmişdir.
Təlim Müddəti:
- 24 saat – 4 həftə
Təlimlər həftə içində hər biri 2 saatdan 3 dəfə olmaqla həftədə 6 saat təşkil edilir. Korporativ təlimlər sifarişçinin tələblərinə uyğunlaşdırılır.
Təlimin əsas mövzuları:
· Satış nədir;
· Satış komandasının xüsusiyyətləri;
· Satışın tipləri;
· Birbaşa satış;
· Korporativ satış;
· Online satış;
· Pərakəndə satış;
· İnsanı tanımaq;
· Müştəri portretinin tərkibi;
· Satışın mərhələləri;
· Müştəri ilə əlaqənin qurulması alqoritmi;
· Müştəri ehtiyaclarının öyrənilməsi;
· SPİN Metodu;
· Məhsulun və xidmətin təqdimatı;
· Etirazların idarə olunması;
· Satışın yekunlaşdırılması;
· Müştərinin statusuna-vəzifəsinə uyğun danışıqların aparılması;
· Bəhanələr;
· Həqiqi etirazın aşkarlanması;
· Satınalma qərarının ləngimə səbəblərinin aşkarı;
· Tərəddüdün dərəcəsi;
· Satınalmanın xəbərdarlıq siqnalları;
· Rəqib analizi;
· Korporativ satış addımları;
· Müştəri və bazar araşdırması;
· Təqdimat;
· Geri dönüş;
· Satış funnelinin mərhələləri;
· Telefonla ünsiyyətin xüsusiyyətləri və mərhələləri;
· Satışın strategiyası;
· Müştəri və rəqabət yönümlü satış.