Save

Report this service

Öyrənmə və inkişaf (Learning & Development)

0.0 (0 Reviews)
383 Views
  • Location
    Baku

Service Description

TƏLİMİN MƏQSƏDİ:


Bu təlim HR mütəxəssislərinə və rəhbərlərə təlim ehtiyaclarını düzgün müəyyənləşdirmək, effektiv təlim proqramları dizayn etmək və işçilərin bacarıqlarını təşkilatın məqsədləri ilə uyğunlaşdırmaq bacarığı qazandırır. Təlim iştirakçıları təlim metodlarını, öyrənmə nəzəriyyələrini və qiymətləndirmə üsullarını mənimsəyərək real iş mühitində tətbiq edə biləcəklər.

 

İŞTİRAKÇI PROFİLİ:


-HR mütəxəssisləri, təlim və inkişaf sahəsində çalışanlar, menecerlər və təşkilati öyrənməni optimallaşdırmaq istəyən hər kəs üçün nəzərdə tutulub.

 

TƏLİM MÜDDƏTİ:

16 saat
Təlimlərin qrafiki tələbə uyğun olaraq tərtib edilir.

METODİKA:


Təlim interaktiv müzakirələr, praktiki tapşırıqlar, performans qiymətləndirmələri, anket və müsahibə üsullarının tətbiqi, böyüklər üçün öyrənmə prinsipləri (Andragogika), öyrənmə nəzəriyyələri və müxtəlif öyrənmə üslubları üzərində qurulub. Real nümunələr və SHRM, Harvard Business Review kimi etibarlı mənbələrə əsaslanan təcrübə əsaslı yanaşma tətbiq ediləcək.

TƏLİMİN ƏSAS MÖVZULARI


1. Təlim ehtiyaclarının müəyyənləşdirilməsi:
Təşkilatın məqsədləri və işçilərin bacarıqları arasındakı boşluqları müəyyən etmək üçün təhlilin düzgün aparılması. İşçilərin performans qiymətləndirmələri, anketlər və müsahibələrdən istifadə etmək qaydaları.

2. Təlim məqsədlərinin müəyyənləşdirilməsi:
Təlimin konkret məqsədlərini və gözlənilən nəticələrini müəyyən edilməsi.
SMART prinsiplərin tətbiq edilməsi.

3. Təlim proqramının dizaynı:
Təlimin məzmununu, metodlarını (məsələn, seminarlar, onlayn kurslar, praktiki
məşğələlər) və qiymətləndirmə üsullarını planlaşdırın. Təlim materiallarının
hazırlanması və təlimçilərin seçilməsi üsullarının müəyyən edilməsi.
· Böyüklər üçün təlimlərin təşkili. Adult Learning Principles (Andragogy);
· Öyrənmə teoriyaları.Learning Theories;
· Öyrənmə növləri.Learning Styles.

4. Təlimin həyata keçirilməsi:
Planlaşdırılmış təlimləri icra edilməsi.

5. Qiymətləndirmə və geribildirim:
Təlimin effektivliyini qiymətləndirmək üçün iştirakçılardan və rəhbərlikdən
geribildirim toplanılması.

6. Təkmilləşdirmə və davamlı inkişaf:
Əldə olunan geribildirimlərə əsaslanaraq təlim proqramını təkmilləşdirilməsi və
davamlı inkişaf üçün planlar hazırlanma qaydası.

Qeyd: Bu proqram SHRM (Society for Human Resource Management) və Harvard Business Review kimi etibarlı mənbələrə və real təcrübi tətbiqlərə əsaslanır.


Təlimi bitirən şəxslər HRENGINEERING tərəfindən sertifikatla təltif edilir:

0 Reviews

0.0
0 rating
5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%

Be the first to review “Öyrənmə və inkişaf (Learning & Development)”

Your Rating for this listing