Save

Report this service

Mühasibat uçotu: Mühasibat uçotu və 1C proqramında tətbiqi

132 Views
  • Location
    Baku

Service Description

 TƏLİMİN MƏQSƏDİ:


  • Karyerasını mühasibat uçotu sahəsində qurmaq istəyən şəxslərə nəzəri və praktiki mühasibatlığın öyrədilməsi, mühasibat uçotunun 1C proqram təminatı ilə tətbiqinin mənimsədilməsi.

 

 İŞTİRAKÇI PROFİLİ:


  • Maliyyə-mühasibatlıq sahəsində işləyən və bu sahədə karyera qurmaq istəyən şəxslər.
  • 1C proqram təminatının mühasibatlıq modulunu istifadə edən və etmək istəyən şəxslər.

TƏLİM MÜDDƏTİ:


  • 48 saat ½ 3 ay
    Təlim həftə içində biri 2 saat olmaqla həftədə 2 dəfə təşkil edilir.

 

 METODİKA:


  • Təlimlər interaktiv və tapşırıq əsaslı öyrənmə üsulu ilə təlim məkanında keçirilir.

 

TƏLİMİN ƏSAS MÖVZULARI


  • Mühasibat uçotu və müxabirləşmələr
  • ·Əsas vəsaitlər
  • Qeyri-maddi aktivlər
  • Ehtiyyatlar
  • Maya dəyəri
  • Debitor
  • Kreditor
  • Ümidsiz borclar və digər öhdəliklər
  • Alışlar, satışlar və geri qaytarmalar (ƏDV-li və ƏDV-siz)
  • İkili yazılışlar
  • Kassa və bank üzrə hesablaşmalar
  • Təhtəlhesab şəxslərlə hesablaşmalar
  • Vergi aktivləri və öhdəlikləri
  • Mənfəətin bölüşdürülməsi
  • Elan edilmiş dividentlərin ödənilməsi
  • Dövriyyə balans cədvəli və sınaq balansı
  • Maliyyə hesabatları
  • Şirkətin ilkin qeydiyyata alınması, asan imzanın, möhürün əldə olunması, obyektin qeydiyyata alınması, fəaliyyətin dayandırılması və s.
  • Elektron qaimə, Alış aktı
  • İnternet bankinq
  • ƏDV-nin əvəzləşdirilməsi
  • Online kargüzarlıq
  • Əməkhaqqı mühasibatlığı
  • Vergi (gəlir, mənfəət, ƏDV, əmlak, torpaq, sadələşdirilmiş gəlir vergisi, ÖMV və s.)
  • Statistika hesabatları
  • Vahid bəyannamə.
  • 1C proqram təminatı
  • Müəssisənin yaradılması
  • Kontragent və nomenklaturalar
  • Bank, kassa, alış-satış əməliyyatları
  • Anbar uçotu (malların anbara mədaxili, məxaric, yerdəyişməsi, inventarizasiyası)
  • Əsas vəsait və qeyri-maddi aktivlərin uçotu
  • Avans hesabatı (təhtəlhesab şəxslərlə hesablaşmalar)
  • Yük Gömrük Bəyannamələrinin yığılması
  • Kadr uçotu (Təşkilatın əməkdaşlarının əlavə edilməsi, işə qəbul, kadrların yerdəyişməsi, işdən azad edilməsi)
  • Əmək haqqının hesablanması, bəyan edilməsi, köçürülməsi
  • Balans və digər hesabat formalarının çıxarılması
  • Mühasibat və vergi uçotu ilə əlaqədar digər əməliyyatlar.

 Təlimi bitirən şəxslər

 HRENGINEERING tərəfindən aşağıdakı səviyyələrə uyğun sertifikatlarla təltif edilir:

 Ekspert · Müvəffəqiyyət · İştirak

 Ekspert dərəcəsi ilə bitirənlərə praktika keçmə imkanı təmin edilir.