Miqrasiya qanunvericiliyi: Xarici vətəndaşlarla əmək münasibətlərinin tənzimlənməsi
-
LocationBaku
Service Description
TƏLİMİN MƏQSƏDİ:
- İştirakçılara əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış və iş icazələrinin alınması prosedurlarını, miqrasiyaya dair müvafiq qanunvericiliyi və əcnəbilərlə əmək münasi-bətlərinin qurulmasında nəzərə alınmalı olan prinsipləri və bacarıqları mənimsətmək.
İŞTİRAKÇI PROFİLİ:
- Peşəkar insan resursları mütəxəssisləri, işə-götürənlər və menecerlər, şirkət rəhbərləri və idarəedicilər.
TƏLİM MÜDDƏTİ:
- 16 saat ½ 3 həftə
Təlimlər həftə ərzində iş və qeyri-iş saatlarında təşkil edilir.
METODİKA:
- Təlimlər interaktiv və tapşırıq əsaslı öyrənmə üsulu ilə təlim məkanında keçirilir. Təlim proqramının hazırlanması zamanı Miqrasiya və Əmək Qnunvericiliyinin tələbləri nəzərə alınmışdır.
TƏLİMİN ƏSAS MÖVZULARI:
- Miqrasiya Məcəlləsi və əcnəbi vətəndaşlar · Miqrasiya siyasətinin əsasları · Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları və vəzifələri · Miqrasiya qanunvericiliyi və aktual dəyişikliklər · Yaşayış və iş icazələrinin Alınması · Yaşayış icazəsinin növləri və tələbləri · İş icazəsinin alınması prosesi: addım-addım bələdçi · Tələb olunan sənədlər və ərizələrin doldurulması · Əmək münasibətlərinin qurulması · Əmək müqaviləsinin tərtibi və müzakirəsi · Miqrantların əmək hüquqları · İşəgötürənin öhdəlikləri və məsuliyyətləri.