Bu təlimin əsas məqsədi HR mütəxəssislərinə və menecerlərə effektiv işə qəbul sisteminin qurulması üzrə nəzəri və praktiki biliklər qazandırmaq, eləcə də müsahibə mərhələlərindən tutmuş seçim qərarlarına qədər bütün proseslərin peşəkar şəkildə idarə olunmasını təmin etməkdədir.
İştirakçı Profili:
Təlim, insan resursları sahəsində çalışan və işə qəbul prosesində iştirak edən rəhbər şəxslər üçün nəzərdə tutulub.
Metodika:
Təlim interaktiv izah, real nümunələr, qrup tapşırıqları, situasiya analizləri və simulyasiya müsahibələr üzərində qurulacaq. Iştirakçılar həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə edəcəklər.
Təlim Müddəti:
16 saat – I və IV günlər
19:00 – 21:00
Təlimin əsas mövzuları:
1.Işə qəbul funksiyasının məqsədi;
2.Işə qəbul funksiyasının mərhələləri;
3.Vakansiya tələbinin formalaşdırlması;
4.Vakansiyanın təsviri formasının hazırlanması;
5.Vakansiya elanının hazırlanması;
6.Vakansiya elanlarının verilməsi və kommunikasiyası;
7.Işə qəbul kanalları ilə iş, mənbələrin planlaşdırılması;
8.Müraciətlərin qəbulu və ilkin seçim;
9.Biliklərin yoxlanılması (testləşdirmə) mərhələsinin təşkili;
10.Müsahibələrin təşkili və aparılması ardıcıllığı;
11.Müsahibənin növləri;
12. Strukturlaşdırılmış müsahibə;
13.Qeyri-strukturlu (sərbəst) müsahibə;
14.Problem həlli üsulu ilə müsahibə;
15.Qrup müsahibələri;
16.Növbəli müsahibələr;
17.Komissiya müsahibələri;
18. Stres müsahibə və onun təşkili;
19.Namizəd haqqında informasiyanın tədqiqi;
20. Seçim qərarının verilməsi;
21.Çox faktorlu seçim metodikası;
22.Iş təklilərinin verilməsi;
23.Müsahibədə diqqət ediləcək risk faktorları;
24.Müsahibələrdə baş verən xətalar;
25.Giriş sualları;
26.Təhsil ilə bağlı suallar və onların cavablarının təhlili;
27.Təcrübə ilə bağlı suallar və onların cavablarının təhlili;
28.Işin tələblərinə dair suallar və onların cavablarının təhlili;
29.Fərdi keyiyyətlərin müəyyən edilməsinə dair suallar və onların cavablarının təhlili;
30.Namizədin maraq dairəsi və bunun işin tələbləri ilə əlaqələndirilməsi;
31. Situativ hallar-suallar və onlara verilən reaksiyaların təhlili;
32. Stres halının əlamətləri və namizəddə stres hallarında baş verəcək davranışların proqnozu;
33.Işə qəbul qaydalarının hazırlanması;
34.Işə qəbul qaydalarının əlavələri və onların hazırlanması
35.Işə qəbul prosesinin (low-chart) hazırlanması.
Təlimi bitirən şəxslər
HRENGINEERING tərəfindən aşağıdakı səviyyələrə uyğun sertifikatla təltif edilir: