Save

Report this service

HRM Mini MBA

4.0 (0 Reviews)
227 Views
  • Location
    Baku

Service Description

Müasir biznes dünyasında insan resursları idarəçiliyi yalnız
bir funksional bölmə deyil, təşkilatın strateji tərəfdaşı kimi çıxış
edir. HRM Mini MBA proqramı bu yanaşmanı rəhbər tutaraq,
iştirakçıları insan resurslarının idarə olunması sahəsində ən
son bilik və bacarıqlarla təmin etməyi qarşısına məqsəd qoyur.
Proqram, insan resurslarının planlaşdırılması, istedadların
cəlb olunması, saxlanması və inkişafı, performans idarəçiliyi,
HR analitikası və əmək qanunvericiliyi kimi əsas sahələri
əhatə edir. Bu modullar vasitəsilə iştirakçılar həm nəzəri, həm
də praktiki bacarıqlarla silahlanaraq, insan resursları
sahəsində liderlik etməyə hazır olacaqlar.
HRM Mini MBA peşəkar HR mütəxəssisləri, menecerlər və bu
sahədə karyera qurmaq istəyənlər üçün nəzərdə tutulub.
Təlimlər real təcrübəyə malik təlimçilər tərəfindən keçirilir,
proqram isə Bakı Avrasiya Universiteti tərəfindən
sertifikatlaşdırılıb. Eyni zamanda iştirakçılar dəyirmi masa
görüşlərində və korporativ infoturlarda iştirak edərək, əmək
bazarının aparıcı HR rəhbərləri ilə birbaşa əlaqə qurmaq
imkanı əldə edəcəklər.
110 saatlıq intensiv və interaktiv tədris formatı ilə bu proqram
iştirakçılara öz peşəkar potensialını tam reallaşdırmaq üçün
mükəmməl fürsət təqdim edir.
HRM Mini MBA– insan resursları idarəçiliyində gələcəyini
qurmaq istəyənlər üçün doğru başlanğıcdır!


TƏLİMİN MƏQSƏDİ:


  • İnsan resursları idarəçiliyi sahəsində strateji düşüncə tərzini formalaşdırmaq, iştirakçıları praktik bilik və bacarıqlarla təchiz edərək peşəkar HR mütəxəssislərinə çevirmək.

 İŞTİRAKÇI PROFİLİ:


  • · HR sahəsində çalışan və peşəkar inkişaf axtaran mütəxəssislər;
    · Menecer və rəhbər vəzifələrdə çalışan şəxslər;
    · İnsan resursları sahəsində karyera qurmaq istəyən yeni başlayanlar və tələbələr.

TƏLİM MÜDDƏTİ:


  • 110 saat
    Təlimlər həftə içində, qeyri-iş saatlarında təşkil edilir.

 METODİKA:


  • Təlim interaktiv və praktiki yanaşma əsasında təşkil olunur.
    İştirakçılar real iş nümunələri, case-lər, qrup tapşırıqları və simulyasiya üsulları vasitəsilə öyrənmə prosesinə cəlb edilir.
    Sessiyalar təcrübəli təlimçilərin iştirakı ilə həyata keçirilir və mövzu üzrə diskussiyalar, sual-cavab formatında müzakirələr aparılır.

Təlim modulları və mövzuları:


  • Modul 1 (20 saat)

İnsan resursları idarəçiliyi strateji tərəfdaş kimi:
– Təşkilati idarəetmə;
– Biznes və prosesin strateji planlanması;
– Strateji tərəfdaş kimi insan resursları idarəçiliyi;
– İnsan resursları idarəçiliyinin səriştələri.


  • MODUL 2 (20 saat)

İstedadların cəlbi və saxlanması:
– İnsan resurslarının planlaşdırılması və işə qəbul;
– Adaptasiyanın təşkili və qiymətləndirilməsi;
– Motivasiya sistemi;
– İnsan resurslarının idarə edilməsi texnologiyaları.


  • Modul 3 (20saat)

İstedadların inkişaf və idarə edilməsi:
– İnsan resurslarının planlaşdırılması və işə qəbul;
– Adaptasiyanın təşkili və qiymətləndirilməsi;
– Motivasiya sistemi;
– İnsan resurslarının idarə edilməsi texnologiyaları.


  • Modul 4 (20saat)

İnsan resursları idarəçiliyi üzrə analitika və metriklər:
-İnsan resursları idarəçiliyi üzrə əsas səmərəlilik göstəriciləri (KPI);
-İnsan resursları idarəçiliyi üzrə metriklər;
-Data baza və İnsan resursları idarəçiliyi üzrə analitika.


  • Modul 5 (20saat)

Əmək qanunvericiliyi və kadr işi kargüzarlığı:
– Kadr kargüzarlığı;
– Əmək münasibətlərinin rəsmiləşdirilməsi;
– Əmək münasibətlərinin tənzimlənməsində hüquqi aspektlər


Təlimi bitirən şəxslər HRENGINEERING tərəfindən aşağıdakı səviyyələrə uyğun sertifikatlarla təltif edilir:
Müvəffəqiyyət · İştirak

0 Reviews

4.0
0 rating
5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%