HR davranış bacarıqları (HR behavioral competencies)
-
LocationBaku
Service Description
Təlimin Məqsədi:
- HR mütəxəssislərinin əsas kompetensiyalarını inkişaf etdirmək və onların təşkilati məqsədlərlə uyğunlaşdırılması. Bu proqram SHRM kompetensiyalarına əsaslanaraq HR mütəxəssislərinin bacarıqlarını təkmilləşdirməyə yönəlmişdir.
İştirakçı Profili:
- HR karyerasına yeni başlayanlar;
HR mütəxəssisləri və menecerləri;
HR rəhbərləri və biznes partnyorları;
Təlim və inkişaf mütəxəssisləri.
Metodika:
- Proqramın sonunda iştirakçılar HR sahəsində effektiv liderlik, etik davranış, müxtəliflik və daxil etmə, ünsiyyət, biznes anlayışı və analitik düşüncə bacarıqlarını inkişaf etdirəcək və bu kompetensiyaları öz işlərində tətbiq edərək daha məhsuldar və strateji nəticələr əldə edəcəklər.
Təlim Müddəti:
- 16 saat
Təlimlərin qrafiki tələbə uyğun olaraq tərtib edilir.
Təlimin əsas mövzuları:
·1. Leadership and Navigation:
Təlimin Məqsədi: İştirakçılar liderlik üslublarını öyrənəcək, liderlik bacarıqlarını inkişaf
etdirəcək və təşkilatda düzgün liderlik davranışlarını nümayiş etdirəcəklər.
· Məzmunu:
o Liderlik üslublarının nəzəriyyələri və praktiki tətbiqləri.
o Rəhbərlikdə etik və strateji yanaşmalar.
o Çətin situasiyalarda liderlik: Şirkətə müsbət təsir etmək üçün dəyişiklikləri necə
idarə etmək.
o İrəliləyən və inkişaf edən liderlərin xüsusiyyətləri.
· Fəaliyyətlər:
o Liderlik üslublarının simulyasiyaları.
o Qrup müzakirələri: İdeal liderin xüsusiyyətləri və davranışları.
o Kollektiv qərar qəbuletmə məşqləri.
2. Ethical Practice:
Təlimin Məqsədi: HR mütəxəssislərinin etik prinsiplər və hüquq mühafizəsi ilə bağlı
nəzəriyyə və praktika sahəsində biliklərini inkişaf etdirmək.
· Məzmunu:
o HR işində etik məsələlər və problemlər.
o Qanunvericilik və etik qaydalara uyğun davranışların təşviqi.
o HR-də etik dilemmaların idarə olunması.
o HR praktikasında şəffaflıq və ədalət prinsiplərinin tətbiqi.
· Fəaliyyətlər:
o Etik dilemmanın həlli simulyasiyaları.
o Qrup müzakirələri: HR-da qarşılaşılan etik problemlər və onların həlli yolları.
3. Inclusion and Diversity (Daxil etmə və Müxtəliflik):
Təlimin Məqsədi: Müxtəliflik və daxil etmə sahəsində HR-nın rolu və bu sahədə təşkilati
siyasətlərin yaradılması və tətbiqinə dair bacarıqların inkişaf etdirilməsi.
· Məzmunu:
o Daxil etmə və müxtəliflik anlayışları.
o Müxtəlifliklə bağlı siyasətlərin yaradılması və tətbiqi.
o HR-də müxtəlifliyə diqqət yetirən davranış və idarəetmə.
o Təşkilat mədəniyyətində müxtəliflik və daxil etmə siyasətinin tətbiqi.
· Fəaliyyətlər:
o Qrup işləri: Müxtəliflik və daxil etmə üzrə siyasət layihələri hazırlamaq.
o Müxtəliflik və daxil etmə siyasətlərinin müzakirəsi.
o Vəziyyətlərə əsaslanan təlimlər.
4. Relationship Management (Münasibətlərin idarə edilməsi):
Təlimin Məqsədi: İştirakçılar, HR rəhbərləri olaraq güclü və effektiv əlaqələrin yaradılması
və idarə olunması bacarıqlarını inkişaf etdirəcəklər.
· Məzmunu:
o Əlaqə və münasibətlərin inkişaf etdirilməsi.
o Münaqişələrin idarə edilməsi və həlli.
o Təşkilat daxilində və xaricində əlaqə şəbəkələrinin qurulması.
o İnsanlarla doğru ünsiyyət və empati qurma bacarıqları.
· Fəaliyyətlər:
o Münaqişələrin idarə olunması və ünsiyyət bacarıqları üzrə təlimlər.
o Qrup müzakirələri və təcrübə paylaşımı.
o Empati və münaqişə həlli simulyasiyaları.
5. Communication (Ünsiyyət):
Təlimin Məqsədi: Effektiv ünsiyyət bacarıqlarını inkişaf etdirmək, iştirakçıları dinləmə,
fikirləri düzgün çatdırma və qarşılıqlı əlaqə qurma sahələrində təkmilləşdirmək.
· Məzmunu:
o Ünsiyyət növləri və ünsiyyətin effektivliyini artırmaq üçün strategiyalar.
o Aktiv dinləmə və qarşılıqlı anlaşma yaratmaq.
o Məsajların düzgün və aydın şəkildə çatdırılması.
· Fəaliyyətlər:
o Rol oyunları və simulyasiyalar.
o Qrup təhlilləri və müzakirələr.
o Effektiv ünsiyyət bacarıqlarının praktiki tətbiqi.
6. Global Mindset (Qlobal təfəkkür):
Məqsədi: Qlobal iş mühitində düşünmə və qərar vermə bacarıqlarının inkişaf etdirilməsi.
· Məzmunu:
o Qlobal iş mühiti və mədəni fərqliliklər.
o Qlobal yanaşmaların tətbiqi və idarə olunması.
o Qlobal HR strategiyalarının yerli tətbiqi.
o İntellektual mülkiyyət və mədəniyyətlərarası fərqliliklər.
· Fəaliyyətlər:
o Qlobal bazarda HR tətbiqlərinin müzakirəsi.
o Qlobal yanaşma ilə problemlərin həlli.
o Mədəniyyətlərarası təcrübə paylaşımı.
7. Business Acumen (Biznesi anlama):
Təlimin Məqsədi: HR mütəxəssislərinə biznesin əsas prinsip və qaydalarını öyrətmək,
onların HR və biznes arasında əlaqəni anlamalarını təmin etmək.
· Məzmunu:
o Biznes qərarları və HR funksiyalarının əlaqəsi.
o İqtisadiyyatın və maliyyənin HR siyasətinə təsiri.
o Müxtəlif biznes modellərinin HR-ı necə təsir etdiyini anlamaq.
o HR-nın biznes məqsədlərinə uyğunlaşdırılması.
· Fəaliyyətlər:
o Biznes və HR əlaqəsi ilə bağlı praktiki təhlil.
o Biznes məqsədlərinə uyğun HR strategiyalarının yaradılması.
o Müxtəlif biznes vəziyyətləri üzrə müzakirələr.
8. Consultation (Konsultasiya):
Təlimin Məqsədi: HR mütəxəssislərinin təşkilat daxilində konsultasiya və rəhbərlik etmə
bacarıqlarını inkişaf etdirmək.
· Məzmunu:
o Konsultasiya metodları və strategiyaları.
o Təşkilat daxilində effektiv məsləhət və dəstək vermək.
o İşçilərə və rəhbərlərə yönəlik məsləhət bacarıqları.
o Strateji yanaşma ilə problemlərin həlli.
· Fəaliyyətlər:
o Qrup layihələri və problemlərin həlli üzrə müzakirələr.
9. Analytical Aptitude (Analitik bacarıqlar):
Təlimin Məqsədi: Verilən məlumatlardan düzgün nəticələr çıxarmaq və qərar vermək üçün
analitik düşüncə qabiliyyətlərini inkişaf etdirmək.
· Məzmunu:
o Məlumatların analizi və interpretasiyası.
o Analitik yanaşmalarla qərar qəbul etmə prosesi.
o HR üçün analitik alətlərin istifadəsi.
· Fəaliyyətlər:
o Məlumat təhlili simulyasiyaları.
o Qrup təhlilləri və qərar qəbuletmə.
o Məlumatın HR qərarlarına təsirinin müzakirəsi.
Əlavə olaraq, bu bacarıqların təkmilləşdirilməsi üzrə kitab və film tövsiyyələri ediləcəkdir.