BUSINESS ENGLISH
-
LocationBaku
Service Description
Təlimin Məqsədi:
- Business English təlimi, iş dünyasında professional ingilis dili bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Bu proqram iştirakçılara işgüzar mühitdə effektiv ünsiyyət qurmaq, yazışmalar aparmaq, təqdimatlar etmək, müzakirələrə qatılmaq və iş görüşlərində özünü doğru ifadə etmək üçün zəruri bacarıqları qazandırmağı hədələyir.
İştirakçı Profili:
- Bu təlimlərdə təchizat, satış, hüquq, insan resursları, maliyyə, logistika, idarəetmə, risk, audit, strategiya, mühəndislik kimi müxtəlif fəaliyyət sahələrində
fəaliyyət göstərən və fərqli danışıq, yazı və dinləmə səviyyələrinə malik şəxslər iştirak edə bilər.
Metodika:
- Təlimlərin proqramları fərdi və yaxud qrup formasında hər fərdin və yaxud qrupun əvvəlcədən müəyyənləşdirilən səviyyəsinə uyğun olaraq
hazırlanır və tədris edilir. Proqramlar akademik tələblərə cavab verməklə əsasən praktikaya uyğun olaraq hazırlanmışdır.
Təlim Müddəti:
- Müddət səviyyədən asılı olaraq dəyişir.
- Təlimlər iş və qeyri-iş saatlarında
təşkil edilir.
Təlimin əsas mövzuları:
· Işgüzar yazışmalar (Business Correspondence);
· Email yazma qaydaları (Formal və qeyri-formal);
· Məktub və rapor yazılışı;
· Professional ton və dil istifadəsi;
· Ünsiyyət bacarıqları (Communication Skills);
· İşgüzar telefon və videozəng ünsiyyəti;
· Formal və qeyri-formal görüşlərdə danışıq strategiyaları;
· Dəqiq və anlaşıqlı ifadə tərzi;
· Təqdimatlar (Presentations);
· Təqdimat hazırlama texnikaları;
· Auditoriya ilə effektiv ünsiyyət;
· Prezentasiyanın strukturu və vizual dəstəklərdən istifadə;
· Müzakirə və razılaşma bacarıqları (Negotiation and Discussion Skills);
· Məqsədli müzakirələr və problemlərin həlli;
· Razılaşmaların hazırlanması və əldə edilməsi;
· Professional dil istifadəsi;
· İşgüzar görüşlər (Business Meetings);
· Görüşlərə hazırlaşmaq və onlara rəhbərlik etmək;
· Görüş zamanı effektiv iştirak və qərar verilməsi ifadə olunan fikirlərin dəstəklənməsi;
· Biznes terminologiyası (Business Terminology);
· İqtisadiyyat, maliyyə və idarəetmə üzrə əsas terminlər;
· İnsan resursları, layihə idarəetməsi və marketinq terminləri;
· Mədəniyyətlərarası ünsiyyət (Cross-Cultural Communication);
· Fərqli ölkələrin biznes mədəniyyəti;
· Qlobal mühitdə kommunikasiya strategiyaları.
TƏLİMİN FORMATI:
· Praktiki tapşırıqlar və müzakirələr;
· Rollu oyunlar və situasiyalara əsaslanan çalışmalar;
· Həftəlik quiz və fərdi təqdimatlar;
· Simulyasiya olunmuş görüşlər və iş mühitləri.
TƏLİMDƏN HƏDƏFLƏNƏN NƏTİCƏLƏR:
· İşgüzar yazışmalarda daha peşəkar və düzgün ifadələrdən istifadə etmək;
· Təqdimatlar və müzakirələrdə daha özünə inamlı və
professional danışıq bacarıqlarına yiyələnmək;
· İşgüzar görüşlərdə və razılaşmalarda daha effektiv iştirak edə bilmək;
· Fərqli mədəniyyətlərə uyğun kommunikasiya strategiyalarını mənimsəmək.