Save

Report this service

Əmas

5.0 (0 Reviews)
182 Views
  • Location
    Baku

Service Description

 Təlimin Məqsədi:


  • Bu təlimin məqsədi iştirakçılara ƏMAS (Əmək Müqaviləsi Bildirişi Alt Sistemi) platformasından qısa zamanda effektiv istifadə etməyi öyrətməkdir. Təlim müddətində işə qəbul və xitam proseslərinin həyata keçirilməsi, elektron əmrlərin və rəsmi yazışmaların aparılması, iş vaxtının uçotu, arayış və müraciətlərin əldə edilməsi kimi əsas HR prosesləri izah ediləcəkdir.

 İştirakçı Profili:


  • · İnsan resursları mütəxəssisləri və HR menecerləri;
    · Kadr kargüzarlığı üzrə mütəxəssislər;
    · Mühasiblər və əmək haqqı üzrə mütəxəssislər;
    · Şirkət rəhbərləri və administratorlar;
    · ƏMAS sistemindən istifadə edən digər peşəkarlar.

 Metodika:


  • Bu 4 günlük proqram nəticəsində iştirakçılar ƏMAS platformasında sərbəst işləmək, insan resurslarının idarəedilməsində rəsmi sənədləşmə proseslərini düzgün aparmaq və işə qəbul prosedurlarını qanunvericiliyə uyğun həyata keçirmək bacarıqlarına yiyələnəcəklər.

 Təlim Müddəti:


  • 8 saat – 4 gün
    Təlimlər iştirakçıların tələbinə uyğun qrafiklə iş və ya qeyi-iş saatlarında təşkil edilir.

Təlimin əsas mövzuları:

  • – İşə qəbul və xitam prosessinin həyata keçirilməsi;
    – Məzuniyyət və ezamiyyət əmrlərinin elektron formada
    yaradılması və göndərilməsi;
    – Bütün əmr formalarının ƏMAS platformasında hazırlanması;
    – İşçi ilə işəgötürən arasında rəsmi yazışmaların aparılması;
    – İş vaxtının uçot tabellərinin ƏMAS sisteminə yerləşdirilməsi;
    – ƏMAS sistemində arayışların əldə edilməsi və rəsmi müraciətlərin edilməsi qaydaları.

İştirakçılara “HRENGINEERING” MMC tərəfindən təsdiq edilmiş sertifikatlar təqdim ediləcəkdir.

0 Reviews

5.0
0 rating
5 Star
0%
4 Star
0%
3 Star
0%
2 Star
0%
1 Star
0%