Xidmətlər

MODULLAR
İnsan kapitalının idarə edilməsi

İnsan resurslarının idarə edilməsinin statik və dinamik modulları üzrə birbiri ilə inteqrə edilmiş əhatəli həllər
təqdim edirik. Bu modullar öz aralarında rəqəm və data vasitəsilə əlaqələndirilmədikdə qurmuş olacağınız
sistemlərin dayanıqlığı və obyektivliyi daima sizi düşündürəcəkdir. Biz isə sizi bu risklərdən qoruyuruq.

FƏALİYYƏTLƏR

Sizə sahəsinin təcrübəli və peşəkar ekspertləri ilə birlikdə qurumlarda insan kapitalının inkişafı üzrə nəticəyönümlü və özünü doğrultmuş praktik həllər təqdim edirik.

İnsan resurslarının idarə edilməsi sahəsində sistem, alqoritm və data analitikası ilə dəstəklənmiş rəqəmsal mühəndislik həlləri təqdim edirik.

FAZALAR

Sizin qurum və biznesinizi anlamadan, sizinlə eyni məramda olduğumuza əmin olmadan qurumlarınızda tətbiqlər reallaşdırmırıq.

Odur ki, sizin biznesinin ekosistemini anlamaq üçün əvvəlcə biznesi, əməliyyatları və onları əhatə edən faktorları təhlil edirik.

Sonra fəaliyyətlərin tənzimlənməsi üçün daxili qayda və prosedurlardan ibarət norma, qayda və təlimatları hazırlamaqla qurumda vahid yanaşma və davranış müstəvisini əmələ gətiririk.

Bu sistem və yanaşmaların davamlılığını təmin etmək üçün isə avtomatlaşdırılmış rəqəmsal həllərin qaçınılmazlığını dərk edirik. O baxımdan sizə rəqəmsal həllər təqdim edirik.