Ramin H. İsmayılov

Satış üzrə ekspert

  • Tədris etdiyi təlim: Praktik satış

Azərbaycan Dövlət İqtisad Universitetinin Biznesin təşkili və idarə edilməsi (Tudifak) ixtisası üzrə bakalavr və Qafqaz Universiteti magistr dərəcəsi üzrə məzunudur. Azərsun Holdinq şirkətlər qrupunda satış, bank, maliyyə, mühasibatlıq, istehsalat və xidmət sahələrində 14 il çalışmışdır. «Kiçik Qafqaz» MMC-də 4 il direktor müavini vəzifəsində çalışaraq «ÖzGədəbəy» bulaq su markasının yaradılmasına, Azərbaycan bazarında tanıdılmasına, xarici bazara eksport edilməsinə rəhbərlik etmişdir. Satış komandasını 0-dan qurmuş və komandanın formalaşdırmışdır. Hal-hazırda «Tağısoy Elektrik» MMC şirkətində direktor müavini vəzifəsində çalışır. Satış, marketinq, psixologiya, şəxsi inkişaf sahələri üzrə yerli və xarici təlim və konfranslarda iştirak etmişdir. Müxtəlif sahələr üzrə bizneslərdə idarəetmə, marketinq və satış üzrə layihələri idarə etmişdir.