
Pərviz Quliyev
ASA Tədris Mərkəzinin direktoru
Ad Soyad, bankçılıq, sığorta, nəqliyyat və maliyyə sektorlarında geniş iş təcrübəsinə malikdir. O, müxtəlif özəl və dövlət təşkilatlarında daxili audit, risklərin idarə olunması, layihə idarəetməsi və təlim mərkəzlərinin qurulması sahələrində çalışmışdır. 2023-cü ildən etibarən ASA Tədris Mərkəzinin direktoru vəzifəsində fəaliyyət göstərir.
Bundan əvvəl, Azərbaycan Dəmir Yolları QSC-nin Təlim Mərkəzinin direktoru, Asiya İnkişaf Bankının “Azərbaycan Dəmir Yollarının yenidən qurulması” üzrə infrastruktur layihəsində əlaqələndirici menecer, PAŞA-Həyat Sığorta şirkətində risk meneceri və tədris mərkəzinin rəhbəri kimi vəzifələrdə çalışmışdır. O, həmçinin Unibank və MBASK Sığorta şirkətində daxili audit departamentinin direktoru, Azərbaycan Mərkəzi Bankında isə müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.
Təhsilini Sankt Peterburq Maliyyə İqtisad Universitetində və Böyük Britaniyanın University of East London universitetində MBA dərəcəsi üzrə tamamlamışdır.
Təlimçi olaraq, banklarda və sığorta şirkətlərində daxili audit, sığorta agenti lisenziyasına hazırlıq və sığorta mütəxəssisi kursları üzrə ixtisaslaşmışdır. Eyni zamanda, daxili audit və daxili nəzarət sistemlərinin qurulması üzrə məsləhət xidmətləri təqdim edir.
Karyerası ərzində 200-dən çox təlim keçirmiş, PAŞA-Həyat və MBASK Sığorta şirkətlərində strateji və institusional layihələrə rəhbərlik etmiş, Azərbaycan Dəmir Yollarında Təlim Mərkəzinin qurulması prosesinə rəhbərlik etmişdir.
Bundan əlavə, Azərbaycan Risk Peşəkarları Assosiasiyasının ekspertlər qrupunun üzvüdür və Azərbaycan Dövlət İqtisad Universiteti, Turizm və Menecment Universiteti, Azərbaycan Universitetində mühazirəçi kimi fəaliyyət göstərmişdir.