
Özal Məmmədli
Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi / İnsan resursları və hüquq sektorunun müdiri
Özal Məmmədli təhsil, infrastruktur və tikinti sahələrində zəngin iş təcrübəsinə malik olmaqla, bir neçə özəl və dövlət təşkilatlarında insan resursları üzrə müxtəlif vəzifələrdə çalışmışdır. O, 2022-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyində İnsan Resursları və hüquq sektorunun müdiri vəzifəsində işləyir. Bundan əvvəl, “Delfin Kaspian LTD” şirkətində Talent Acquisition və Müşavir, eləcə də Xəzər Universitetində İnsan Resursları üzrə menecer vəzifələrində çalışmışdır.
Özal Məmmədli insan resurslarının idarə edilməsi, işə qəbul, performans idarəetmə sistemlərinin qurulması, davamçıların inkişafı, insan resursları proseslərinin rəqəmsallaşdırılması və HR biznes tərəfdaşlığı sahələrində geniş təcrübəyə malikdir.
O, magistr təhsilini ABŞ-ın ” Georgetown ” Universitetində İnsan Resurslarının İdarəedilməsi ixtisası üzrə almışdır. Bakalavr təhsilini isə ABŞ-ın ” Stony Brook ” Universitetində İqtisadiyyat ixtisası üzrə başa vurmuşdur.