Öyrənmə inkişaf sistemi
- Ana Səhifə
- Öyrənmə inkişaf sistemi
İnkişaf yatırımı necə geri dönür?
Təlimlərin nəticələrini ölçmək yalnız reaksiyanın, biliklərin və bacarıqların müəyyən edilməsindən ibarət deyil. Təlimlər əsasən biznesə, quruma faydalı olmalı, mənfəətlərin artımına, xərclərin azaldılmasına xidmət etməlidir. Düzgün qurulmuş öyrənmə sistemi yüksək performans və aşağı işçi dövriyyəsi ilə nəticələnir.

İşçilərinizin bacarıqları necə yenilənir?
Öyrənmə və inkişaf prosesi işçilərin yalnız biliklərinin deyil, onların bacarıqlarnın inkişafına, ən əsası isə bacarıqlarını reallaşdırmalarına fokslanmalıdır. "Bilmək", "edə bilmək" kimi potensial göstəriciləri "etmək" kimi nəticə göstəricisinə çevrilməlidir. Davamlı öyrənmə sistemi komandanızın çevik və rəqabətədavamlı qalmasını təmin edir.

Təlim tələbləriniz necə müəyyənləşir?
Təlim tələbləriniz yalnız sorğular əsasında formalaşırsa demək ki, təlim büdcənizin effektiv idarə edilməsi risk altındadır. Odur ki, təlim tələblərini sorğularla yanaşı, fəaliyyətin qiymətləndirilməsinin nəticələrinə, karyera inkişafı planlarına, fərdi inkişaf planlarına və s. bu kimi alt modullara istinad edilməklə müəyyən etməlisiniz.