
Nicat Şabanlı
Nəqliyyat Logistikası üzrə ekspert
- Tədris etdiyi təlimlər:
• Avtomobil, dəniz və hava nəqliyyatının təşkili
• Logistika
Logistika və nəqliyyat sahəsində 19 ildən çox
təcrübəyə malikdir. O, nəqliyyat logistikası üzrə layihə
meneceri kimi fəaliyyət göstərməklə yanaşı, həm də
peşəkar təlimçi olaraq logistika sahəsində bilik və
bacarıqlarını bölüşür. Karyerası ərzində Azərbaycanın
aparıcı logistika və nəqliyyat şirkətlərində, o
cümlədən BERC Logistics, Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı və Eurasia Training and Assessment
Company kimi qurumlarda rəhbər və aparıcı
vəzifələrdə çalışıb.O, FIATA beynəlxalq yükdaşıma
diplomuna malikdir və müxtəlif beynəlxalq logistika
təlimlərində iştirak edib. Əsas ixtisas sahələri dəniz,
avtomobil və hava nəqliyyatı ilə yük daşımalarının
təşkili, logistika təlimlərinin keçirilməsi və logistika
əməliyyatlarının optimallaşdırılmasıdır. Azərbaycan,İngilis,Rus və Türk dillərini sərbəst bilən Nicat Şabanlı, yerli və beynəlxalq səviyyədə logistika sahəsində mühüm layihələr həyata keçirmiş təcrübəli mütəxəssisdir.