Natiq Adilov, Phd.

İngilis dili və sinxron tərcümə üzrə ekspert

  • Tədris etdiyi təlim: 
  • Business English

Azərbaycan Dillər Universitetinin Tərcümə ixtisasından məzun olmuş və dillər arası əlaqə sahəsində fəlsəfə doktoru dərəcəsinə sahibdir. Təhsil və akademik sahədə uzun illər təcrübəyə malikdir.  O, 5 il ərzində xarici dillər kafedrasına rəhbərlik etmişdir. O, tədqiqatçı kimi dəyərli töhfələr vermiş, iki lüğət, bir dərs vəsaiti, bir monoqrafiya və SAT test topluları daxil olmaqla, bir neçə akademik mənbənin müəllifidir. Natiq Adilov, Business English üzrə təlimçi kimi geniş təcrübəyə malikdir. Akademik təcrübəsi ilə yanaşı, biznes dili və terminologiyasına xüsusi diqqət ayıraraq, tələbələrə praktiki dil bacarıqlarını və iş dünyasında effektiv ünsiyyət strategiyalarını öyrətməkdədir.