Qurumun inkişaf planları eyni zamanada heyyətin inkişaf planları ilə üstüstə düşmədikdə peşəkar əməkdaşlar qurumları tərk etməyə başlayır.

 

Əməkdaşlar qurumun və özünün inkişafı üçün hansı nəticələri əldə etməli olduğunu aydın formada bilməlidir. Peşəkarlığa (hədəflər, vəzifə öhdəlikləri, layihələr) və fərdi keyfiyyətlərə (ümumi, sahə üzrə və rəhbərlik üzrə olan kompetensiyalar, intizam göstəriciləri) təsir edən meyarlar aydın şəkildə müəyyən edilməlidir. Bunlar quruma inamı artırır və performansı stimullaşdırır.

 

Əməkdaşların inkişafı fərdi inkişaf planları ilə dəstəklənməlidir. Fərdi inkişaf planları fəaliyyətin qiymətləndirilməsinin nəticələrinə əsaslanmalıdır. Təlim tələbləri isə məhz fərdi inkişaf planlarının əsasında tərtib edilir.

 

Yaxşı qurulmuş karyera idarəetməsi həm işçinin, həm də şirkətin gələcəyinə sərmayədir. Karyeranın idarə edilməsi işçinin fəaliyyətinin nəticələrinə, həmçinin potensialına əsasən şüurlu şəkildə üfiqi və şaquli inkişafını tənzimləyən əməliyyatlar toplusudur.