İşə qəbul xidməti haqqında qısa məlumat
Biznesin uğuru doğru komanda ilə başlayır. Peşəkar HR komandamız ilə müəssisənizin tələblərinə uyğun namizədləri seçir, işə qəbul prosesini sürətli, şəffaf və effektiv şəkildə həyata keçiririk. Seçim mərhələsində həm texniki bacarıqları, həm də şəxsi keyfiyyətləri dəyərləndirərək uzunmüddətli əməkdaşlıq üçün ən uyğun namizədi təqdim edirik.
HEADHUNTİNG
Headhunting xidmətimiz çərçivəsində isə əmək bazarının yüksək ixtisaslı mütəxəssislərini hədəfləyirik. Bu yanaşma, rəhbər və strateji vəzifələrin doldurulmasında şirkətlərə əhəmiyyətli üstünlüklər qazandırır. Məhz doğru kadrların seçilməsi, biznesin inkişaf istiqamətlərini müəyyənləşdirən əsas faktordur.
Məqsədimiz
Məqsədimiz yalnız vakansiyanı bağlamaq deyil, biznesinizə dəyər qatan, komandanı gücləndirən və strateji hədəflərə çatmağınıza töhfə verən insanları tapmaqdır.