İşə qəbul sistemini necə qururuq?

İşə qəbul sistemi vakansiya tələbinin müəyyən edilməsi, vakansiya təsvirinin hazırlanması, düzgün hədəf kütlənin və kanalların müəyyən edilməsi, elanın verilməsi,  müraciətlərin ilkin təhlili, biliklərin yoxlanılması, bacarıq və səriştələrin müəyyən edilməsi, məlumatların tədqiq edilməsi, düzgün seçim qərarının verilməsi, işəgötürən nüfuzunun gücləndirilməsi kimi mərhələ və yanaşmaların vəhdətidir.

Siz namizədi seçirsiniz, yoxsa namizəd sizi?

İşə qəbul yalnız qurumun tələblərinə uyğun namizədin seçimi deyil, həmçinin namizədin tələblərinə uyğun iş yerinin seçimidir. Düzgün proses  düzgün insan, düzgün nəticə.