Günay Məmmədquliyeva

Tədris etdiyi təlim:
• HR davranış bacarıqları üzrə ekspert

Günay Məmmədquliyeva insan resurslarının idarə
edilməsi, istedadların inkişafı və təşkilati strategiya
sahələrində geniş təcrübəyə malikdir. O, müxtəlif dövlət və
özəl təşkilatlarda HR rəhbəri və menecer kimi çalışaraq
işçi potensialının gücləndirilməsi, performans
idarəetməsi və HR data analitikası üzrə mühüm layihələr
həyata keçirmişdir.Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət
Limanında Talent Management Team Lead vəzifəsində
çalışır. Bundan əvvəl Azərbaycan Dəmir Yolları, PASHA Life
Insurance və Modenis (eManat) kimi nüfuzlu şirkətlərdə
insan resurslarının idarə edilməsi üzrə aparıcı vəzifələrdə
fəaliyyət göstərmişdir.Təhsilinə Almaniyanın IU
International University of Applied Sciences və Xəzər
Universitetində davam edir, MBA və İnsan Resurslarının İdarəedilməsi sahəsində ixtisaslaşmışdır. O, SHRM-SCP, CLDP, SPHRi və PMP kimi beynəlxalq sertifikasiyalara sahibdir və UNEC-də Karyera Planlaması və Soft Skills fənlərini tədris etmişdir.Günay Məmmədquliyeva HR strategiyası, istedadların inkişafı, liderlik, layihə idarəetməsi və rəqəmsal HR həlləri sahələrində ixtisaslaşmışdır. O, həmçinin peşəkar HR məsləhətçisi kimi çalışaraq müxtəlif təşkilatlara insan resursları sahəsində strateji dəstək verir.