
Elvin Hacıqulu oğlu Əhmədov
Yer elmləri üzrə fəlsəfə doktoru.
- MPM, PDT.
- Ehtiyyatların proqnozlaşdılırması
2005-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Neft və qazın geologiyası” ixtisası üzrə bakalavr, 2009-cu ildə isə “Dəniz neft-qaz geologiyası” ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 noyabr 2017-ci il tarixli qərarı ilə ona yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. 2018-ci ildə isə o, “Corc Vaşenqton” Universitetinin “Layihələrin idarəedilməsi” ixtisası üzrə SOCAR-ın Bakı Ali Neft Məktəbində təşkil olunmuş magistr proqramını bitirib. SOCAR-ın göndərişi ilə Yaponiyada, Amerikada, Rusiyada müxtəlif təlim və konfranslarda iştirak etmiş və geologiya və idarəetmə üzrə beynəlxalq sertifikatlar əldə etmişdir. O, “Alison” təlim-tədris mərkəzinin aktiv üzvüdür. 2022-ci ildən Neftçi Geoloqları Cəmiyyəti (NGC) İctimai Birliyinin sədr müavini, 2024-cü ildən SOCAR-FUGRO MMC-nin direktorlar şurasının üzvü, SOCAR-da Həmkarlar İttifaqı Komitəsinin (HİK) Təftiş Komissiyasının sədridir. O, həmçinin BANM, ADNSU və Xəzər Universitetində pedoqoji fəaliyyətini davam etdirir. 2023-cü ildən “Education and Training Services” MMC-nin direktoru kimi də fəaliyyət göstərir. Elvin Əhmədov əmək fəaliyyətinə 2005-ci ildən qeyri-neft sektorunda çalşmış, hərbi xidməti bitirdikdən sonra 2008-ci ildən, SOCAR-da işə başlamışdır. O, həmin ildən “Siyəzənneft” NQÇİ-də operator, geoloq vəzifələrində işləyib. 2009-cu ildə SOCAR-ın Daxili Təqaüd Proqramı ilə “28 May” NQÇİ-nin müxtəlif sahələrində geoloq vəzifəsində çalışmış, 2013-cü ildə “SOCAR-ÜMİD” MMC-nin İşlənmə və geologiya şöbəsinin rəisi, 2015-ci ildə isə SOCAR-ın Neft və qaz yataqlarının işlənməsi şöbəsinə böyük geoloq vəzifələrinə irəli çəkilib. 2020-ci ildə isə Azneft İB-nin müxtəlif şöbələrində şöbə rəisi, 2022-ci ildən SOCAR-ın Neft və qaz yataqlarının işlənməsi şöbəsində, sonra isə Yataqların qiymətləndirilməsi və karbohidrogen ehtiyatlarının idarə olunması şöbəsində rəis müavini işləyir. İşlədiyi müddət ərzində şirkətdaxili və beynəlxalq əhəmiyyətli 10-dan çox layihədə müxtəlif aparıcı vəzifələrdə fəaliyyət göstərib.
Elvin Əhmədov dəfələrlə həm ölkədaxili həm də beynəlxalq konfranslarda elmi nəticələrlə məruzə edib, müvəffəqiyyətlərinə görə müxtəlif dərəcəli diplomlara layiq görülüb. 2016-cı ildə Respublikanın neft-qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə SOCAR-ın Fəxri Fərmanı ilə təltif edilib. 110-dan çox elmi əsərin, 6 dərsliyin, 1 təlimatın müəllifidir və 15-dən çox magistr hazırlamışdır. O, 2015, 2020 və 2023-cü illərdə də Rusiya Elm və Yaradıcılıq Cəmiyyəti tərəfindən təşkil olunan elmi müsabiqələrdə III və II yerlərin qalibi olmuşdur. Həmçinin, o, NGC İB tərəfindən fəaliyyətinə görə 2022, 2023 və 2024-cü illərdə “Təşəkkürnamə” ilə təltif edilmişdir.