Elşən Rəsulov

Azərsun Holding” Donmuş və Ticari Konserva grupları Departament müdiri

Elşən Rəsulov, 15 ildən artıq təcrübəyə malik peşəkar marketinq meneceridir və hazırda ölkənin aparıcı FMCG şirkətlərindən olan Azərsun Holding-də marketinq departamentinin rəhbəri olaraq çalışır. O, strateji marketinq, istehlakçı davranışlarının analizi, məhsul portfeli idarəçiliyi, trade marketinq və inteqrasiya olunmuş marketinq kommunikasiyaları sahələrində ixtisaslaşmışdır. Xidmət sektorunda 5 illik təcrübədən sonra, 2009-cu ildən Azərsun Holding-də planlama, trade marketing və marketinq departamentlərində rəhbər vəzifələrdə çalışaraq kompleks biznes proseslərinin idarə edilməsi və kommersiya strategiyalarının hazırlanmasında mühüm rol oynamışdır. Elşən Rəsulov biznes tərəfdaşlığı, bazar təhlili və kommersiya effektivliyinin artırılması üzrə dərin biliklərə malikdir və müasir marketinq yanaşmalarını praktikaya uğurla tətbiq edir.